Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:21

Rusiyadakı miqrantlara “çox da gözə dəyməmək” tövsiyə edilir


Sankt Peterburqda polis yoxlamaları gücləndirilib
Sankt Peterburqda polis yoxlamaları gücləndirilib

AzadlıqRadiosunun müxbiri Tom Balmforth yazır ki, Rusiyadakı miqrant haqları müdafiəçiləri Sankt Peterburqda çalışan gəlmələri “çox da gözə dəyməməyə” çağırıblar.

Onlar xəbərdarlıq ediblər ki, metro partlayışı ilə əlaqədar Qırğızıstan doğumlu özbəyin şübhəli elan edilməsinin ardınca polisin sənəd yoxlamalarını genişləndirməsi Mərkəzi Asiya və Qafqazdan olan miqrantların daha geniş təqiblərinə səbəb ola bilər.

Rusiyanın İstintaq Komitəsi aprelin 4-də bildirib ki, 22 yaşlı Akbarjon Jalilov aprelin 3-də Sankt Peterburq metrosunda 14 nəfərin ölümü ilə nəticələnmiş partlayışı törətməkdə əsas şübhəli sayılır.

Bəzi insan haqları fəalları bildirirlər ki, bunun ardınca, xüsusilə də Mərkəzi Asiyadan olan miqrantların üzərinə daha geniş hücumlar ola bilər.

Onların fikrincə, Rusiya mediasında keçmiş sovet müsəlman regionlarından olan şəxslərin fotolarının terror şübhəlisi adı ilə iki dəfə səhvən dərc edilməsi vəziyyəti daha da gərginləşdirib.

REN-TV telekanalı əyinində müsəlman qiyafəsi olan bir saqqalı kişinin əvvəlcə fotosunu, sonra isə videosunu nümayiş etdirib. Bu foto və video sonradan sosial şəbəkələrdə geniş dövriyyə olunub.

Lakin sözü gedən şəxs bunlardan xəbər tutanda könüllü şəkildə polis idarəsinə gəlib və dindirildikdən sonra heç bir təqsiri olmadığına görə sərbəst buraxılıb.

Rusiya mediasının səhvən şübhəli kimi təqdim etdiyi şəxs
Rusiya mediasının səhvən şübhəli kimi təqdim etdiyi şəxs

Adı Andrey Nikitin olan bu şəxs başqırdıstanlı yük maşını sürücüsü idi və əvvəllər Rusiya Silahlı Qüvvələrində desantçı kimi xidmət etmişdi.

Nikitin aprelin 4-də Islam News saytına deyib ki, o Orenburqa uçmaq uçmaq üçün əvvəlcə Peterburqdan Moskvaya uçmalı idi, lakin sərnişinlər şəkil və fotolardan partlayış şübhəlisi kimi tanıdıqları bu adamla eyni təyyarəyə minmək istəmirdilər.

Bundan başqa Sankt Peterburqun Fontanka.ru saytı aprelin 3-də dərc etdiyi xəbərdə Qazaxıstan vətəndaşı olan 22 yaşlı Maksim Arışevi metro partlayışının əsas şübhəlisi kimi təqdim etmişdi, lakin sonradan Qazaxıstanın Xarici İşlər Nazirliyi bu xəbəri rəsmən təkzib etməli, əksinə bu gəncin terror qurbanı olduğunu bildirməli olmuşdu.

Hazırda keçmiş sovet regionları – Mərkəzi Asiyadan və Cənubi Qafqazdan olan milyonlarla miqrant Rusiya şəhərlərində əsasən ağır işlərdə çalışır.

Bu adamlar əvvəllər də Rusiya hakimiyyət orqanlarının vaxtaşırı keçirdiyi reydlərin hədəfi olurdular, lakin metro partlayışından sonra onların vəziyyətinin daha da ağırlaşacağı gözlənilir.

Qırğızıstanın Sankt Peterburqdakı konsulluğu həmvətənlərinə “ehtiyac olmadan, gecə saatlarında və tək gəzməkdən çəkinməyi tövsiyə edib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG