Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:04

Peskov: ‘Navalnı özünü İsa peyğəmbərlə müqayisə edir’


Dmitri Peskov
Dmitri Peskov

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqı ölkələrinin bir neçə vətəndaşının Rusiya ərazisinə daxil olmasını qadağan edib.

Bu şəxslərin “anti-Rusiya sanksiyalarında xüsusilə fəal olduqları” bildirilir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, siyahıya daxil edilmiş şəxslərin konkret kimliyi barədə məlumat verilmir.

Siyahılar İsveç, Fransa və Almaniyanın səfirlərinə təqdim edilib. Bu ölkələrin səfirləri dekabrın 22-də Rusiya XİN-ə dəvət edilmişdilər.

Rusiya XİN-in bəyanatında deyilir ki, Moskvanın hərəkəti Avropa İttifaqının müxalifət liderlərindən Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyanın bir sıra yüksək vəzifəli məmurlarına bundan əvvəl elan etdiyi sanksiyalara cavabdır.

Bəyanatda deyilir ki, “bu addımın təşəbbüsçüsü olan ölkələr Navalnı ilə bağlı insidentə dair dəlillər təqdim edə bilməyiblər”.

Niyə məhz Almaniya, Fransa və İsveç?

Moskvanın əks-sanksiyalar irəli sürəcəyinə dair bəyanatı bundan əvvəl xarici işlər naziri Sergey Lavrov vermişdi.

Aleksey Navalnının qan nümunələrində “Noviçok” maddəsinin olmasını məhz Almaniya, Fransa və İsveçin ekspertləri müəyyən etmişdilər.

Bunun ardınca eyni nəticəni Kimyəvi Silahların Qadağanı Təşkilatı da təsdiqləmişdi.

Rusiya XİN sözü gedən təşkilatla bağlı ayrıca sərt bəyanatla çıxış edib.

Bu da bildirilir ki, səfirlər Rusiya XİN-ə Navalnı özünün iddia etdiyinə görə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Konstantin Kudryavtsevlə telefon söhbətinin səs yazısını dərc etdikdən bir gün sonra dəvət olunublar.

Navalnı FTX agentini necə tovlayıb

Navalnı bu telefon zəngində özünü Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi kimi təqdim edərək FTX əməkdaşı Kudryavtsevi tovlamışdı.

Bu söhbət zamanı Kudryavtsev Navalnının xüsusi xidmətlər tərəfindən zəhərləndiyini faktiki olaraq təsdiqləyir və detallar barədə məlumat verir.

Bundan əvvəl Navalnının FTX agentləri tərəfindən güdülməsinə dair təhqiqat açıqlanmışdı. Bu agentlərin arasında həkim və kimyaçıların olduğu da bildirilirdi.

Rusiya prezidenti Vladimir Putin Navalnının güdülməsini əslində təsdiq edib, amma Rusiya hakimiyyəti müxalifətçinin zəhərlənməsi barədə iddiaları inkar edir.

FTX bildirib ki, Navalnının dərc etdiyi telefon söhbəti saxtadır.

Bununla belə Rusiya hakimiyyət orqanları avqustun 20-də Navalnının başına nə gəldiyi barədə inandırıcı versiya irəli sürməyib.

“Pasient” və “xəstənin” fərqi

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 22-də deyib ki, Kremldə Navalnının Kudryavtsevlə telefon söhbətinin videosuna baxmayıblar.

Putinin mətbuat katibi yalnız FTX-nin inkar bəyanatını təkrar edib.

Navalnını əvvəllər “pasient” adlandıran Peskov bu dəfə onu “xəstə” adlandırıb.

Peskov bildirib ki, Navalnıda təqibolunma qarabasması var:

"Ümumən, əlbəttə demək olar ki, xəstədə təqib maniyasının aşkar əlamətləri müşahidə olunur. Onda həm də özündən müştəbehliyin müəyyən əlamətləri var. Çünki deyilənlərə görə, o özünü hətta İsa məsihlə müqayisə edir. Qalan cəhətləri isə Freydə görə müəyyənləşdirilə bilər”.

Peskov vurğulayıb ki, bu dedikləri onun “şəxsi baxışıdır”.

Peskov Navalnının özünü nə vaxt İsa ilə müqayisə etməsinə aydınlıq gətirməyib.

Navalnı Peskovun bəyanatına özünün Twitter hesabından şərh verib:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG