Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:03

Kreml Boris Johnson-un bəyanatını ‘qeyri-məqbul’ adlandırıb


Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Britaniya xarici işlər naziri Boris Johnson-un bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya Kuboku çempionatını nasist Almaniyasında 1936-cı ildə keçirilmiş Olimpiya Oyunları ilə müqayisə etməsi “ürəkbulandıran” və “qeyri-məqbuldur”.

Dmitri Peskov martın 22-də deyib: “Bu tamamilə ürəkbulandıran bəyanatdır. Bu bir ölkənin, hər hansı bir ölkənin xarici işlər nazirinə yaraşmayan bəyanatdır”.

Martın 21-də Britaniyanın xarici işlər naziri ölkə parlamentində aparılan müzakirələrdə Putinin futbol çempionatından Hitler-in 1936-ci il Olimpiadasından faydalandığı kimi faydalanacağını deyən millət vəkili ilə razılaşmışdı.

Johnson demişdi ki, bu tamamilə düzgün müqayisədir.

Boris Johnson parlament komissiyası qarşısında çıxış edərkən demişdi ki, keçmiş casusun zəhərlənməsi ilə bağlı hadisənin izi Rusiya dövlətinə və onun başında duranlara aparır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG