Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

Perm universitetində dərslər gələn həftədən bərpa olunur


Perm Dövlət Universiteti, 20 sentyabr, 2021-ci il
Perm Dövlət Universiteti, 20 sentyabr, 2021-ci il

18 yaşlı silahlı polis tərəfindən yaxalanarkən yaralanıb

Bu həftə 6 nəfərin öldürüldüyü, onlarla insanın xəsarət aldığı Perm Dövlət Universitetində dərslər gələn həftədən başlanır.

Perm diyarının qubernatoru Dimitry Maxonin sentyabrın 22-də deyib ki, tələbələr sentyabrın 27-də dərsə gedə biləcəklər. Bu, polisə təhqiqatı bitirmək imkanı verəcək.

Sentyabrın 20-də qara taktik geyimli, əlində ov tüfəngi olan Timur Bekmansurov özünün oxuduğu universitetin binasına daxil olaraq tələbə yoldaşlarına atəş açıb. Onların çoxu ikinci mərtəbədən tullanıb, hadisə yerindən qaça biliblər.

Hücumu törədənin vəziyyəti ağırdır

18-66 yaşlı bir kişi və beş qadın öldürülüb.

Regionun Səhiyyə naziri Anastasiya Kutenin sentyabrın 22-də bildirdiyinə görə, hücumda yaralanmış 43 nəfərdən 11-i xəstəxanadadır.

18 yaşlı silahlı polis tərəfindən yaxalanarkən yaralanıb.

Onun hazırda xəstəxanada ağır vəziyyətdə olduğu, ayağının aşağı hissəsinin kəsildiyi bildirilir.

Polis təhqiqat aparır, Bekmansurovun hücumu hansı səbəbdən törətdiyi hələ açıqlanmayıb.

Bu, Rusiyada dörd ay ərzində məktəbə ikinci böyük hücum idi. Vaxtilə Rusiyada nadir hesab olunan belə hadisələrin sayı son illər artıb.

12 min tələbəsi olan universitet Moskvadan 1200 km şimal-şərqdə yerləşən Perm şəhərindədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG