Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 21:13

Pentaqonun ‘qadağan raketlərin’ sınağına hazırlaşdığı xəbər verilir


ABŞ xəbər agentliklərinin yaydığı məlumata görə Pentaqon bu yay Ortamənzilli Raketlərə dair Müqavilənin (INF) qadağan etdiyi qitələrarası raket tipini sınaqdan çıxarmağı planlaşdırır.

ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən vəzifəli rəsmisi martın 13-də Reuters agentliyinə deyib ki, “biz avqust ayında yerdən atılan qitələrarası raketi sınaqdan çıxaracağıq”.

Pentaqon rəsmiləri adlarının açıqlanmaması şərtilə jurnalistlərin kiçik bir qrupu ilə danışıblar.

Birləşmiş Ştatlar fevralın 2-də INF müqaviləsindən rəsmi çıxış üçün 6 aylıq keçid müddətinə start verib.

Bundan əvvəl Vaşinqton və NATO Rusiyanı 9M729 qitələrarası raketi istehsal etməklə sözü gedən ikitərəfli müqaviləni pozmaqda ittiham etmişdi. Bu raketin daha bir adı SSC-8-dir.

Bu ittihamları rədd edən Rusiya da müqavilədən çıxdığını elan edib. 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış INF müqaviləsi tərəflərə 500 kilometrdən 5500 kilometrədək uçan raketlərin layihələndirilməsini, istehsalını və yerləşdirilməsini qadağan edir.

Birləşmiş Ştatların sözü gedən müqavilədən çıxdığını bəyan edərkən prezident Trump bunu da əlavə etmişdi ki, ABŞ hərbiyyəsi müqavilənin Rusiya tərəfindən pozulmasına əməli “addım atmaqla” cavab verəcək.

Reuters Pentaqon rəsmisinə istinadən bildirir ki, ABŞ-ın avqustda sınaqdan çıxarmağı planlaşdırdığı raketin mənzili 1000 kilometrdir.

Əgər bu sınaq uğurlu olarsa, sözü gedən raket növbəti 18 ay ərzində yerləşdiriləcək.

Eyni Pentaqon rəsmisi bunu da deyib ki, ABŞ noyabr ayında daha bir ortamənzilli ballistik raketin sınağına hazırlaşır.

Associated Press rəsmilərə istinadən dəqiqləşdirir ki, ikinci ballistik raketin vurma radiusu 3 min kilometrdən 4 min kilometrədək olacaq. Bu raketin yerləşdirilməsi 5 ildən tez olaraq baş verməyəcək.

Müdafiə rəsmiləri bunu da bildiriblər ki, Avropa və Asiyadakı ABŞ müttəfiqləri ilə, planlaşdırılan raket sınaqları, habelə belə raketlərin onların ərazisində yerləşdirilməsi barədə məsləhətləşmələr hələ aparılmayıb.

Rəsmi bunu da bildirib ki, ortamənzilli raket Çinə və Rusiyaya kifayət qədər yaxın olan ABŞ ərazisi Quamda yerləşdirilə bilər.

Silahlara nəzarətə tərəfdar bəzi millət vəkilləri raket sınaqları ətrafındakı strategiyanı sual altına alırlar.

ABŞ Konqresi Silahlı Qüvvələr Komitəsinin demokrat sədri Adam Smith bu yaxınlarda demişdi:

"Rusiyalılar INF müqaviləsini illər ərzində pozublar, lakin Trump administrasiyası dünya ictimaiyyətinin rəyini onlara qarşı yönəltməkdənsə, müqavilədən çıxmaq yolunu tutub. Adminsitrasiya rusiyalılarıcəzalandırmaqdansa, rusiyalıların səviyyəsinə enəcəyini bəyan edib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG