Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:33

Pentaqon: Suriyada Rusiya ilə rabitə var, koordinasiya yoxdur…


ABŞ müdafiə naziri Jim Mattis-i Ər-Riyad hərbi hava bazasında Səudiyyənin hərbi komandanlığı qarşılayıb
ABŞ müdafiə naziri Jim Mattis-i Ər-Riyad hərbi hava bazasında Səudiyyənin hərbi komandanlığı qarşılayıb

Pentaqon bildirib ki, Amerika hərbçiləri Suriya göylərində Rusiya təyyarıləri ilə mümkün toqquşmaların qarşısını almaq məqsədilə Rusiya tərəfi ilə xəbərləşmə sistemindəki təmasları davam etdirirlər.

Lakin ABŞ müdafiə naziri Jim Mattis bildirib ki, ABŞ özünün hücumlar da daxil, hərbi fəaliyyətini Rusiya tərəfi ilə koordinasiya etmir.

Cənab Mattis deyib ki, Suriyada koalisiya və Rusiya arasında mümkün insidentlərin önlənməsi üçün qarşılıqlı xəbərləşmə davam edir, çünki tərəflər bir-birinə çox yaxın hədəflərlə işləyirlər.

Aprelin 7-də Rusiyanın Müdafiə Nazirliyi Suriyada Pentaqonla rabitə kanalının hələ də açıq olduğu barədə xəbərləri təkzib etmişdi.

Bu barədə məlumatı RBK agentliyi Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova istinadən yaymışdı.

Xəbərdə habelə deyilirdi ki, aprelin 7-də Moskva Pentaqona “hərbi-diplomatik kanallarla” göndərdiyi notada Rusiyanın “qaynar xətt” əlaqələrini dayandırdığını bildirmişdi.

Bu da xəbər verilir ki, həmin gün ABŞ-ın Moskvadakı səfirliyindəki hərbi attaşe Rusiya Müdafiə Nazirliyinə dəvət olunub və sözü gedən nota ona əlbəəl təqdim edilib.

Lakin buna baxmayaraq Associated Press agentliyi anonim mənbələrə istinadən bildirirdi ki, Rusiya ABŞ-la “qaynar xəttin” saxlanmasına razılaşıb.

Bu kommunikasiya xətti Rusiya 2015-ci ildə Suriyada hava zərbələrinə başlayandan bəri fəaliyyətdədir.

İkitərəfli memorandum əsasında “təcili əlaqə xəttinin” yaradılmasından məqsəd Suriya səmasında ABŞ və Rusiya təyyarələrinin toqquşmasının qarşısını almaq idi.

Aprelin 6-dan 7-nə keçən gecə ABŞ qanadlı Tomahawk raketləri ilə Suriyanın Şayrat hərbi-hava bazasına zərbələr endirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG