Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:19

Pensiyaçıların sayı azalmaqda davam edir


Arxiv foto
Arxiv foto

Son iki ildə ölkədə pensiyaçıların sayında azalma var.

Bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat yayıb. O, MDB Statistika Komitəsinin məlumatına əsasən vurğulayıb ki, Azərbaycan hər 1000 nəfərə düşən pensiyaçıların sayına görə, Ermənistandan, Qazaxıstandan, Moldovoadan, Ukraynadan, Belarusdan və Rusiyadan geridə qalır.

Başqa bir iqtisadçı Nemət Əliyev də Azadlıq Radiosuna deyib ki, Azərbaycanda 2017-ci ildən pensiya yaş həddinin artırılması ilə bağlı qanun qüvvəyə minəndən sonra pensiyaçıların sayının azalması tendensiyası davam edir.

Onun fikirncə, ölkədə əhalinin sosial vəziyyətinin ağır olduğu, işsizliyin meydan sualdığı bir halda pensiya yaşının artırılması yanlış siyasətdir:

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

“50 min ...”

“Azərbaycanda pensiyaçıların ən yüksək həddi 2017-ci il iyul ayının 1-i olub. O zaman pensiyaçıların sayı 1 milyon 328 min 400 nəfər təşkil edib. 2020-ci ilin əvvəlində isə, ilkin hesablamaya görə, bu, 1 milyon 277 min 800 nəfərdir. Aradakı fərq 50 min 600 nəfər edir. İnsanların, xüsusən də yaşlı insanların sosial təminatdan məhrum edilməsini sosial sahədə necə inqliabi dəyişiklik kimi xarakterizə etmək olar?”.

Pensiya yaşı yenidən azaldıla bilərmi?

Pensiyaya çıxmaqla bağlı yaş həddinin azaldılmasının mümkünlüyünə gəlincə, N.Əliyev deyib ki, hökumətin davranışı bunu göstərmir:

“Bunu etmək üçün ölkənin sosial-qtisadi göstəriciləri yaxşılaşmalı, istehsal böyüməli, çoxsaylı iş yerləri açılmalıdır. Bu isə yoxdur, ona görə hökumət pensiya yaş həddinin artırılması düşüncəsində qalmaqdadır”.

Halbuki, V çağırış Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə isə “ Turan” agentliyinə deyib ki, müəyyən kateqoriya qruplar üçün pensiyaya çıxmaqla bağlı yaş həddini azaltmaq olar:

YAP təmsilçisi: “Bu məsələni müzakirə etməyə dəyər”

Aydın Mirzəzadə, 3 fevral 2009
Aydın Mirzəzadə, 3 fevral 2009

“Bu mənim düşüncəmdir, 3 və daha çox uşağı olan anaların pensiya yaşını azaltmaq, güzəştli pensiyaya çıxmaq kateqoriyasındakı şəxslərin sayını artırmaq olar. Ola bilər ki, kimlərsə pensiya yaşını gözləmədən az məbləğlə pensiyaya çıxmaq istəyər. Bu məsələ müzakirə edilə bilər. Bir sözlə mənə elə gəlir ki, bu məsələni müzakirə etməyə dəyər. Cəmiyyətin bir hissəsi pensiya yaşının artırılmasını istəyir. Onlar 65 yaşında, qadınlar isə daha aşağı yaşda pensiyaya çıxmağı özləri üçün sərfəli hesab etmirlər. Cəmiyyətin heç də hamısı pensiya yaşının aşağı salınmasını tələb etmir. Bir qism əksinə pensiya yaşının artırılmasını istəyir, pensiyaya məcburi göndrilmələrinə etiraz bildirirlər. Belə baxış da var”.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG