Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:59

Pensiya alanlar azalır və...


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

«Nazir müavini məsələnin müsbət tərəfini deyir, amma onun mənfi tərəfini demir...».

İqtisadçı Rövşən Ağayev bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün, noyabrın 8-də keçirilən iclasındakı çıxışına münasibət bildirərkən deyib.

Nazir müavini çıxışında deyib ki, cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub. 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır.

«Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artım deməkdir», - deyə o vurğulayıb.

Ekspert isə qeyd edib ki, bu, leqal əməklə məşğul olanların qeyri-leqal əməklə məşğul olanlarla müqayisədə 2 dəfədən çox az olması deməkdir: «Bu adamlar qeydiyyatlı sərbəst əməklə məşğul olmurlar. Deməli, 3 milyon 300 min nəfər sosial ödənişlər etmirlər, pensiya və müqavimət fondlarına heç nə ödəmirlər. Bunu hüquqi müstəviyə gətirmək isə vətəndaşın yox, bunu etməli olan icra orqanının vəzifəsidir».

Dünyanda ən mükəmməl pensiya sistemi necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

R.Ağayevin deməsinə görə, elə bunun nəticəsidir ki, vətəndaş normal pensiyadan, müavinətdən məhrum qalıb.

Ekspertə görə, əhalinin əksər hissəsinin cavan olması barədə İ.İsayevin söylədikləri isə doğrudur. İqtisadçı vurğulayıb ki, bu, təbii artımın nəticəsidir. Amma onun fikrincə, 70-dən yuxarı yaşı olanların bütün əhalinin 6.3 faizini təşkil etməsi müsbət hal sayılmamalıdır: «Belə ki, Avropa ölkələrində, Yaponiyada əhalinin bu kateqoriyası 20-25 faiz təşkil edir».

İ.İsayev isə çıxışında deyib ki, 2019-cu ilin büdcəsinə diqqət etdikdə demoqrafik vəziyyətə toxunmamaq mümkün deyil: «Azərbaycanda demoqrafik göstəricilərimiz çox yüksəkdir. Əhalimiz cavandır. 15-64 yaş arasında olan əhalinin sayı 71 faiz, 71 yaşdan yuxarı olanların sayı isə təxminən 6.3 faiz təşkil edir. Bilirsiniz ki, Avropada 65 yaşdan yuxarı olanların sayı daha yüksəkdir».

Nazir müavini deyib ki, gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər olacaq. Bu isə pensiya alanların sayının azalmasından xəbər verir.

2018-cı il 1 oktyabr tarixinə görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 309 min nəfər təşkil edib.

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

Rəsmilərin bildirməsinə görə, gələn il Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat olmalıdır. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatmalıdır. Bu il əmək pensiyalarının orta aylıq məbləği 221.1 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 249.1 manat təşkil edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG