Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:31

'Məhbuslar çarmıxa çəkilir' iddiasına Penitensiar xidmət 'bu çox absurd iddiadır' deyir


arxiv foto

Penitensiar Xidmət (PX) 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslara işgəncə verilməsinə dair iddiaları təkzib edib.

“ Nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisəsində işgəncə faktı ola bilməz. Bu, çox absurd iddiadır”, “Turan” agentliyinin xəbərinə görə, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Şöbə rəisi cazaçəkmə müəssisəində məhkumlara işgəncə verilməsi barədə yayılan məlumatları həqiqətəuyğun saymayıb.

Onun sözlərinə görə, hər bir cəzaçəkmə müəssisəsində “Qaynar Xətt” var. Mehman Sadıqovun vurğulamasına görə, işgəncəyə məruz qalan dustaq varsa, O, “Qaynar Xətt”lə nəinki Penitensiar Xidmətə, daha yuxarı instansiyalara da müraciət edə bilər:

“Ora gələn müraciətlər dərhal yoxlanılır. Yenə də qeyd etmək istəyirəm ki, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”.

Bu günlərdə sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun dustaqlara işgəncə verməsi ilə bağlı məlumatlar yayılmışdı.

““Karser”də qandalla asır və ...”

Məlumatı keçmiş məhbus, gənc fəal İlkin Rüstəmzadə yaymışdı.

İlkin Rüstəmzadənin bildirməsinə görə, məhbus valideynləri ona deyiblər ki, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisov bəzi məhbuslara qarşı işkəncələrə başlayıb. Gənc fəal vurğulayıb ki, valideynlərin deməsinə görə, “karser”ə (cərimə otağı) salınan məhbusları lüt soyunduraraq bir-birinin üzərinə bağlayırlar. Hətta iddialara görə, dustaqlar orada bəzən təbii ehtiyaclarını bir-birlərinin üzərinə etməyə məcbur qoyulur:

“Bununla islah olunmayan məhbusları “karser”də qandalla asır və ya çarmıxa çəkir (həbsxana metoduyla)”, deyə İ. Rüstmzadənin bildirməsinə görə, valideynlər iddia ediblər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG