Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:37

ABŞ kosmik qüvvələr yaratmaq planını bəyan edir


Vise-prezident Mike Pence
Vise-prezident Mike Pence

Rusiya və Çindən qaynaqlanan təhdidləri əsas gətirən ABŞ vise-prezidenti Mike Pence 2020-ci ilədək ABŞ Hərbi Kosmik Qüvvələrinin (U.S. Space Force) yaradılması planının təfərrüatlarını təqdim edib. Bu qüvvələr ABŞ Silahlı Qüvvələrinin 6-cı qoşun növü olmalıdır.

Pence avqustun 9-da Pentaqondakı toplantı qarşısında etdiyi çıxışda deyib: "Silahlı Qüvvələrimizin tarixində növbəti böyük səhifəni yazmağın və növbəti döyüş meydanına hazır olmağın vaxtı çatıb”.

O deyib ki, kosmik qüvvələr antipeyk qabiliyyətlərini “aqressivliklə” inkişaf etdirən Rusiya və Çinin qarşısının alınmasında həlledici element olacaq:

"Çin və Rusiya öz peyklərini bizim peyklərimizin çox yaxlınlığında manevr etdirmək və bizim kosmik sistemlərimizə yeni misilsiz təhlükələr yaratmaq məqsədilə son dərəcə mükəmməl orbitalfəaliyyətlə məşğuldurlar. Biz Amerikanın kosmik fəzadakı hegemonluğuna nail olmalıyıq və bunu edəcəyik”.

ABŞ hərbiyyəsi hazırda – ordu, hərbi hava və dəniz donanmaları, hava qüvvələri, sahil keşiyi və dəniz piyadaları kimi qoşun növlərinə malikdir.

Prezident Donald Trump ABŞ-ın kosmosdakı hegemonluğunun gücləndirilməsi məqsədilə iyun ayında Kosmik Qüvvələrin yaradılmasına sərəncam verib.

O vaxt prezident demişdi: “Mənim administrasiyam Amerikanın kosmik fəza ölkəsi kimi irsini ona qaytamağa çalışır. Biz Çin və Rusiya, habelə başqa ölkələrin bizdən qabaqda olmalarını istəmirik. Biz həmişə qabaqda olmuşuq”.

O zaman Rusiyanın Xarici İşlər Nazirliyi həyəcan qaldırmış və Vaşinqtonu “silahları kosmosa çıxarmaq və bəlkə də onlardan istifadə etmək planları cızmaqda” ittiham etmişdi.

Kosmik Qüvvələrin yaradılması planı ABŞ Konqresi tərəfindən təsdiq edilməlidir. Orada isə bir sıra millət vəkilləri əlavə xərclərin ola biləcəyindən narahatlıq ifadə ediblər.

Pence deyib ki, administrasiya bu məqsədlə ilk beş il üçün Konqresdən 8 milyard dollar istəyəcək.

Hazırda ABŞ-ın müdafiə ilə bağlı kosmik fəaliyyətinə hava qüvvələri nəzarət edir. Bir sıra zabitlər bildirirlər ki, ayrıca qoşun növünün yaradılması lüzumsuz xərclər tələb edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG