Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 05:03

'Çıxış yolu İlham Əliyevin hakimiyyətdən getməsidir'


Pənah Hüseyn
Pənah Hüseyn

“Azərbaycan iqtisadiyyatının vəziyyəti manatın vəziyyətini tamamilə əks etdirir”.

Azərbaycanın sabiq baş naziri, “Xalq” Partiyasının sədri Pənah Hüseyn belə deyib.

Sabiq baş nazirin fikrincə, Azərbaycanda idarə olunan iqtisadiyyat xaos mərhələsinə qədəm qoyub.

Buna da bax:​ Azərbaycan 2016-cı ili iqtisadi geriləmə ilə başa vurur

İqtisadiyyat çökəcək və siyasi böhran başlayacaq

“İqtisadiyyat bir tərəfdən mövcud qanunlarının, digər tərəfdən kölgə, kriminal qrupların qaydalarının təsiri altına düşüb. Bu, uzun müddət davam edə bilməz. Bank və maliyyə sahələrində böhranın ardınca iqtisadiyyat çökəcək və siyasi böhrana keçəcək. Bu, qaçılmazdır”, P.Hüseyn bildirib.

O, hesab edir ki, Azərbaycanda böhranın əsas səbəbi daxili amillərdir. Bu, ilk növbədə siyasi sistemlə bağlıdır.

“İqtisadiyyatın bir ailənin əlində cəmləşməsi nəticəsində tez ya gec böhran baş verməli idi. Vəziyyətin dəyişdirilməsinin əsas şərti başda İlham Əliyev olmaqla hazırkı iqtidarın hakimiyyətdən getməsidir”.

Buna da bax:​ Azərbaycan hökumətinin ən böyük yanılması...

Yol xəritələri reallaşdırılmayan sənədlərdir

İqtisadiyyatda son addımları və Strateji Yol Xəritələrini şərh edən P. Hüseyn qeyd edib ki, bu sənədlər “şablon” əsasında yazılıb.

“Yol xəritələri reallaşdırılmayan sənədlərdir. Yol xəritələrinin durumunu görmək üçün 2025-ci ili gözləməyə ehtiyac yoxdur. 2017-ci ilin yekunları bunu göstərəcək”, Pənah Hüseyn hesab edir.

Bank sektoru kriminallaşır

Onun fikrincə, hazırda bank sektorunda kriminallaşma gedir. Çirkli pulların yuyulması üzrə mütəxəssislər bankların müşahidə şuralarının üzvlərinə çevrilir.

Buna da bax:​ 'Korrupsiya ilə yığılan milyonların qarantiyası yoxdur'

“2016-cı ildə bank sistemi dağıldı və indi bir çox banklar formal olaraq mövcuddur. Azərbaycan real siyasi islahatlara başlamaq fürsətini əldən verib və indi artıq böhran qarşısıalınmazdır”, deyə P. Hüseyn qeyd edib.

Sabiq baş nazir deyib ki, Azərbaycan cəmiyyəti xaosa qarşıdır və heç kim bunu istəmir: “Əsas vəzifə bu vəziyyətdən ən az itkilərlə çıxmaqdır”.

XS
SM
MD
LG