Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Paytaxt rəhbərliyi 'Azərsu' ASC-ni təqsirli bilir


Yağış Bakı küçələrini iflic etdi
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Yağış Bakı küçələrini iflic etdi

Bakı Şəhər İcra Hakimiyyəti sentyabrın 23-də paytaxtda yağan intensiv yağışların nəticəsi ilə bağlı açıqlama yayıb.

AZƏRTC-ın xəbərinə görə, açıqlamada yazılıb ki, proqnozdan artıq yağan yağış nəticəsində şəhərin bəzi ərazi, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərini su basıb.

İcra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 faizi (norma 17.2 mm) deməkdir.

İcra hakimiyyətinin açıqlamasına görə, paytaxt mərkəzində yağış sularının fəsadlarının daha çox olmasının texniki səbəbi də olub: «Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən yeni tikililərin daha da çoxalması, həmçinin mövcud kollektorların fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də buna səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan «Sahil» kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Bununla əlaqədar, gələcəkdə belə halların baş verməməsi üçün «Azərsu» Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir».

Sel Bakıda avtomobilləri cənginə aldı
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

«Azərsu» ASC-dən ittihama cavab

Məsələ ilə bağlı Qafqazinfo-ya açıqlama verən «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, sentyabrın 23-də qurum sürətləndirilmiş iş rejimində işləyib və təxliyə xətlərinin açılmasında hər hansı bir gecikmə olmayıb: «Bizim daxili kollektorla üç təxliyə xəttimiz var. Onlarda biri Azadlıq prospektində, biri Səməd Vurğun küçəsində, biri isə Yusif Məmmədəliyev küçəsi istiqamətindədir. Yağışla bağlı xəbərdarlıq olduqdan dərhal sonra mütəxəssislərimiz əraziyə gedib, Azadlıq prospekti və Səməd Vurğun küçəsində təxliyə xətləri dərhal açılaraq sular dənizə buraxılıb. Yusif Məmmədəliyev küçəsində isə suyun axını böyük təzyiq yaratdığından cüzi bir yubanma olub. Bu da insan faktoru ilə bağlı deyil, sırf suyun axını, təzyiqi ilə bağlıdır. Elə bu tədbirlərin nəticəsində, demək olar ki, metronun «Sahil» stansiyasını suların altında qalmaqdan xilas etmişik».

A.Cəbrayıllı kollektorların gücünün zəif olması ilə bağlı iddiaya cavab olaraq bildirib ki, onlar Sovet dövründə çəkilmiş qurğulardır. 2012-15-ci illərdə isə Almaniyadan gətirilmiş robotlarla yoxlanılıb, xüsusi maşınlarla yuyulub.

Xatırlatma

Sentyabrın 23-də Bakıda qısamüddətli leysan yağışlar yağıb. Bunun nəticəsində Bakının bir çox küçələrini su basıb, nəqliyyatın hərəkətində problem yaranıb. Hətta bəzi küçələrdə su avtomobillərin, sərnişin avtobuslarının içərisinə belə dolub.

Son illər Bakıda yağışlar yağanda oxşar mənzərə yaranır. Prezident İlham Əliyevin sərəncamı ilə iki il əvvəl, 2016-ci ilin noyabrında Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrup yaradılıb. Qrupun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG