Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:39

Qleb Pavlovski: “Putinin birbaşa efiri janrın ölümü idi...”


Qleb Pavlovski

Bir vaxtlar Kremlə yaxın, indi isə onun qatı tənqidçisi olan polittexnoloq Qleb Pavlovski populyar Snob.ru saytında yazır ki, Rusiya prezidenti Vladimir Putinin “birbaşa xətti” çox maraqlı idi:

“Biz bu janrın ölümünün şahidi olduq. Hələ ondan da pis bu idi ki, o bu birbaşa xətti ləğv etməmişdi. Putin əslində bircə suala da cavab vermədi...O hətta göstərdi ki, bunu etməyi lazım da bilmir”.

Pavlovskinin fikrincə ümumi mənzərə üç elementdən ibarət idi.

Birincisi bu, dağılan infrastrukturu olan kasıb ölkənin videogörüntüsü idi. İkicisi, Putin dəqiqəbaşı təkrar edirdi: “Pullar ayrılıb, amma bəs hanı pullar? Yoxlamaq lazımdır”. Üçüncüsü isə ekranın küncündə görünən zəhərli suallardı.

Pavlovski yazır ki, bu üç element aparıcının ipləməssayağı təntənəli bəyantında birləşirdi: “Bizə 2 milyon 600 min sual daxil olub”. Bundan sonra xətt qurtardı.

Müəlılifin firkincə Putinin atası və nəvələri barədə söhbəti yaxşı bir “canlandırma” olmalıydı. Danışmağa başqa sözün yoxdursa, ailəndən danış. Amma bu sözün dar mənasında onun bu barədə danışacağı bir şey yoxdu...Bu sadəcə televizorun qarşısında oturan qoca qarılar üçün mesaj idi.

Pavlovskinin fikrincə bütün gözləntilərə baxmayaraq, Putin bir dənə də zərbə cavabı, canlı replika vermədi.

Pavlovski yazır ki, Putinin edə biləcəyi nəsə artıq qalmayıb...
Pavlovski yazır ki, Putinin edə biləcəyi nəsə artıq qalmayıb...

Məqalədə deyilir ki, Putinin ilk birbaşa xətləri saatyarım çəkirdi, amma o getdikcə bu janra diqqətini artırdı.

“Axı yaxşı bir kinoya baxanda, onun davam etməsini istəyirsən, - yazır Pavlovski, - Amma bu dəfə biz uzadılmış bir tamaşa gördük. Əslində bütün deyilənləri iki saata da deyib qurtamaq olardı. Bəli, birbaşa xətlərin dramaturgiyası yox olub...”

Pavlovskinin fikrincə, qarşımızda süqut mənzərəsi vardı. Hər şeydən əvvəl liderliyin süqutu. Təkcə ölkə üçün yox, həm də elə hakimiyyətin özü, hakim sinif üçün..

“O hətta özünə bu verilişə əvvəllər olduğu kimi yaxşıca hazırlaşmaq əziyyətini də verməmişdi. Sinədəftər statistik məlumatları döşəmirdi. Ola da bilər ki, bu məlumatlar o qədər də gözəl deyildi – yazır politoloq, - Birbaşa xətt təsisatı prezidentin hakimiyyət də daxil, ona inanan çoxluqla emosional kommunikasiyası olmalıydı. Məhz bu, iflasla nəticələndi”.

Politoloqun fikrincə, Putinin prezidentliyə namizədlik barədə sualdan yayınması xarakterik yekun idi.

“Putin bir gündəliyin adamı və bu gündəliyə bağlı adamdır. Bəla da burasındadır ki, bu gündəlik qurtarıb. O nə edə bilərdisə artıq edib qurtarıb və başa çatıb. İndi ona doğru pul istəyən adamların uzun növbəsi düzülüb. Bu növbənin əvvəlindəkilər dəyişmir, növbənin quyruğundakılara isə heç vaxt pul çatmır” – yazır politoloq.

Pavlovski bu qənaətdədir ki, Putinin daha təklif edəcəyi bir şey qalmayıb və birbaşa xətdən də çıxarılan əsas nəticə budur.

“Ölkəyə Nyaqandakı vaqonların ləğvindən başqa (bunu 30-40 il əvvəl Sov.İKP də müzakirə edirdi)təklif olunası bir gələcək qalmayıb. Çox darıxdııcı görünürdü, zaldakı qonaqların bəziləri artıq mürgü döyməyə başlayırdılar. Amma əslində dramatik bir hadisə baş verirdi: Lider yoxa çıxırdı. Birbaşa xəttin sonunda o artıq tamamilə yox olmuşdu..” – yazır Pavlovski.

Günün bütün mövzuları

XS
SM
MD
LG