Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:37

Patrushev Yerevanda Pashinian-la nəyi müzakirə edib?


Nikolay Patrushev (solda) və Nikol Pashinian
Nikolay Patrushev (solda) və Nikol Pashinian

AzadlıqRadiosu Erməni xidməti – Azatutyun xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev Yerevanda baş nazir Nikol Pashinian-la “Suriya xalqına humanitar yardım”, habelə Ermənistanın Rusiyadan daha çox silah alması məsələsini müzakirə edib.

Bu Ermənistanda “məxməri inqilabdan” bəri Niklolay Patrushev-in Yerevana ilk rəsmi səfəridir.

Azatutyun xatırladır ki, Ermənistan bu ilin fevralından Rusiya ilə birlikdə Suriyaya “humanitar yardım missiyasını” həyata keçirir.

Azatutyunun xəbərində deyilir ki, Ermənistan hökumətinin rəsmi məlumatında ümumiyyətlə Suriyanın adı çəkilmir.

Bu barədə məlumatı Azatutyuna baş nazirin mətbuat katibi Vladimir Karapetyan verib və deyib ki, “bu məsələ Rusiya tərəfinin təşəbbüsü ilə qaldırılıb”.

Mətbuat katibi deyib ki, Patrushev Ermənistanın Suriya missiyasında iştirakının Moskva tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Hökumət məlumatında bu da bildirlir ki, Patrushev-lə habelə Qarabağ münaqişəsi məsələsi müzakirə olunub, hərçənd bu barədə Rusiya Təhlükəsizlik Şurasının xəbərində heç nə deyilmir.

Azatutyun təhlilçilərə istinadən yazır ki, Ermənistan Rusiya silahından son dərəcə asılıdır və Moskvanın Cənubi Qafqazdakı yeganə müttəfiqi olaraq qalır.

Foreign Brief saytı ehtimal edir ki, Patrushev-lə görüşdə Ermənistan Rusiyadan daha çox silah istəyə bilərdi.

Sayt qeyd edir ki, bu məsələ böyük bir ehtimalla Vladimir Putinin oktyabr ayında Yerevana səfəri zamanı müzakirə olunacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG