Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:36

Ermənistanda qalmaqal:Milli təhlükəsizlik nazirinin telefon söhbəti yayıldı


 Nikol Pashinyan
Nikol Pashinyan

Baş nazir Pashinyan da məsələyə münasibət bildirdi.

“Biz qarayaxmaya boyun əyməyəcəyik. 1 mart işi açılmalı, qatillər məhkəmə qarşısında dayanmalı və oğurlanan pullar qaytarılmalıdır”.

AzadlıqRadiosu erməni xidmətinin sentyabrın 11-də verdiyi məlumata görə bunu Ermənistanın baş naziri Nikol Pashinyan özünün “Feysbuk” səhifəsində anonim yayılmış telefon söhbətinə münasibət bildirərkən deyib.

Həmin söhbətdə Milli təhlükəsizlik xidmətinin rəhbəri və Xüsusi istintaq xidmətinin direktorunun 2008-ci ilin mart hadisələrini müzakirə etdikləri iddia olunur.

Söhbətdə əsasən, hakimlərdən biri təhlükəsizlik xidmətinin rəhbərinə zəng edərək, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsi barədə neçə qərar verilməsini soruşur.

Pasinyan deyir ki, əslində telefon söhbətlərinə qulaq asılır və onlar bununla prosesi dayandırmaq istəyirlər.

Nikol Pashinian
Nikol Pashinian

Baş nazirin sözlərinə görə bunun arxasında Robert Koçaryan, Serj Sarkisyan,Ovik Abramyan,Manvel Qriqoryan, Taron Markaryan və Qaqik Xaçaturyan da daxil olmaqla bir qrup böyük və kiçik məmurlar durur.Amma biz qarayaxmaya getməyəcəyik,deyə Pashinyan vurğulayıb.

Paşinyan qeyd edib ki, ümumilikdə “1 mart” işi açılıb.

“Mən demişəm ki, hakimlər hələ də zəng edir, bu və digər məsələlərin necə həll edilməsini, nə etməli olduqlarını soruşurlar.Mənsə demişəm ki, məhkəmə sisteminə göstəriş verməyəcəm”.

Milli təhlükəsizlik xidmətinin rəhbəri yazının həqiqiliyini təsdiqləyib.

Milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesian mətbuat konfransı keçirərək internetdə yayılmış audioyazının həqiqiliyini təsdiqləyib.

Artur Vanecianın mətbuat konfransı
Artur Vanecianın mətbuat konfransı

“Söhbəti həqiqətən də biz eləmişik. Milli təhlükəsizlik və xüsusi istintaq komitəsi rəhbərlərinin söhbətinə qulaq asılması çox qəribədir.Bu həyəcanlı bir faktdır, bununla bağlı hərtərəfli araşdırma aparılacaq və onu yayan mənbə aşkara çıxarılacaq.Səhv eləmirəmsə artıq prokurorluqda cinayət işi qaldırılıb”,Vanesian deyib.

Xatırladaq ki, “1 mart” hadisələrinə görə Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı cinayət işi açılıb.

Məhkəmə iyulun 27-də onun barəsində həbs- qətimkan tədbiri seçmişdi.

Amma Apellyasiya məhkəməsi avqustun 13-də bu qərarı ləğv edərək onu azadlığa buraxdı.

2008-ci il prezident seçkisindən sonra Yerevanda etiraz aksiyaları yatırılarkən azı 10 nəfər ölmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG