Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:02

Paşinyan: Ermənistan və Azərbaycan bir-birinin yollarından istifadə etməlidir


Noyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan (sağda) Rusiya baş nazirinin müavini, Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının həmsədri Aleksey Overçuku qəbul edib
Noyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan (sağda) Rusiya baş nazirinin müavini, Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının həmsədri Aleksey Overçuku qəbul edib

Ermənistan baş naziri izah edib ki, əslində söhbət sovet vaxtı mövcud olmuş avtomobil və dəmir yolu əlaqəsinin bərpasından gedir

Ermənistan regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasını nəzərdə tutan 9 noyabr və 11 yanvar bəyanatlarına sadiqdir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu noyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini, Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının həmsədri Aleksey Overçuku qəbul edərkən deyib:

“Amma deməliyəm ki, üçtərəfli bəyanatlarda bu barədə heç nə deyilməsə də, Azərbaycan tərəfindən dəhlizlərə dair verilən bəyanatlar işimizin səmərəsinə və ab-havasına mənfi təsir göstərir”.

Paşinyanın sözlərinə görə, onda belə bir təsəvvür yaranır ki, “Azərbaycan bu məsələyə dair öz baxışlarını komissiyaya sırımağa çalışır” və bu, Ermənistan üçün qeyri-məqbuldur.

Sovet dövrünün yolları

Paşinyan bir daha vurğulayıb ki, Ermənistan regional nəqliyyat və iqtisadiyyat kommunikasiyalarının açılmasında maraqlıdır:

“Mən dəfələrlə açıq demişəm ki, biz konkret qərarlara getməyə hazırıq. Bu qərarların mahiyyəti belə olmalıdır: Ermənistan Azərbaycan ərazisi ilə avtomobil və dəmir yolu kommunikasiyalarına malik olmalıdır. Azərbaycan da Ermənistan ərazisi ilə, o cümlədən də onu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil və dəmir yolu kommunikasiyalarına malik olmalıdır”.

Ermənistan baş naziri izah edib ki, əslində söhbət sovet vaxtı mövcud olmuş dəmir yolu əlaqəsinin bərpasından gedir:

“Sovet dövründə mövcud olmuş yollar, o cümlədən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolları da bərpa olunmalıdır. Biz belə qərarlara getməyə hazırıq. Bizim bu barədə konkret təkliflərimiz var. Xüsusilə qeyd etmək lazımdır kli, 11 yanvar bəyanatına əsasən ...biz gömrük nəzarəti, fitosanitar nəzarəti, sərhəd nəzarəti və başqa mümkün nəzarətlər barədə danışmalıyıq. Və mən bir daha təsdiq etmək istəyirəm və ümid edirəm ki, biz ən yaxın vaxtda bu məsələlər üzrə konkret qərarlara gələ biləcəyik...”

Nikol Paşinyan habelə Ermənistan-Azərbaycan-Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiyanın işindən razılıq ifadə edib.

Bakıda erməni dili kursu açıldı. 'Bu dili öyrənməyim Vətənə xəyanət deyil'
Gözlə

No media source currently available

0:00 0:07:08 0:00

Komissiya konkret qərarlara yaxınlaşır

Ermənistan baş nazirinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Nikol Paşinyana, verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

O deyib ki, üçtərəfli qrupun həmsədrləri daim əlaqədədirlər və indiyədək 8 görüş kerçiriblər.

Onun sözlərinə görə bu görüşlərdən dördü bilavasitə üzbəüz olub.

Overçuk bildirib ki, üçtərəfli komissiya artıq konkret qərarlar mərhələsinə yaxınlaşır.

Rusiya baş nazirinin müavini bir mühüm məsələyə də toxunub. O deyib ki, yollar üzərində suverenlik həmin yolların keçdiyi ölkəyə məxsus olmalıdır.

Azatutyun xatırladır ki, Azərbaycan və Türkiyə vaxtaşırı verilən bəyanatlarında “Zəngəzur dəhlizi” terminindən istifadə edirlər.

Rəsmi Yerevan “dəhliz məntiqi” ilə heç bir müzakirəyə qoşulmayacağını bəyan edib.

Ermənistan israr edir ki, 9 noyabr və 11 yanvar bəyanatlarında söhbət dəhlizlərdən yox, kommunikasiyaların açılmasından gedir.

XS
SM
MD
LG