Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Paşinyan niyə Azərbaycan kənd adlarını işlətdiyini izah edib


Azərbaycan polisi Qubadlıda iranlı sürücüləri niyə saxladı? Erməni ilə azərbaycanlının dostluğu
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Azərbaycan polisi Qubadlıda iranlı sürücüləri niyə saxladı? Erməni ilə azərbaycanlının dostluğu

Nikol Paşinyana Sünik vilayətindən danışarkən niyə Eyvazlı və Çayzəmi kimi Azərbaycan yer adlarını işlətməsi sualı verilib

“Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin bir neçə qatı, konteksti var...”

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də Milli Məclisdə keçirilən “Hökumət saatı” zamanı deyib.

O xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan silahlı qüvvələri mövqelərinin Sovet İttifaqından miras qalmış sərhədlərə uyğunlaşdırılması prosesi keçirilib.

Paşinyan izah edib ki, bu proses yeni hərbi eskalasiyanın baş verməməsi üçün keçirilib.

Baş nazir çıxışı zamanı diqqəti Ermənistan Milli Məclisinin 2010-cu ildə qəbul etdiyi inzibati-ərazi bölgüsü qanununa çəkib:

“Orada aydın şəkildə bu da deyilir ki, Şurnux və Vorotan kəndlərinin sərhədləri Ermənistan-Azərbaycan sərhədinə uyğundur. Bu halda da mən bəyan etməliyəm ki, bu reallıqdır, Sovet İttifaqının vaxtında mövcud olan inzibati sərhəddir. Əvvəllər Sovet Ermənistanı ilə Sovet Azerbaycanı arasında olan sərhəd sonradan dövlət sərhədi olub. Bu reallıq əsas kimi qəbul edilib. İndi həmin məntiqə görə Gorus-Qafan magistralı iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanın inzibati sərhədindən kənara çıxır. Elə bu vəziyyətə görə bir vaxtlar orda məlum nişanlar və dayaq məntəqələri peyda olurdu”.

Vorotan sakini: 'Azərbaycanlılarla dostluq edər, futbol oynayardıq'
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

"Azərbaycan bununla bizim bəyanatlarımıza cavab verir"

Nikol Paşinyan daha sonra deyib ki, 2020-ci ilin dekabrında bu yoldan Ermənistan Respublikası tranzit yüklərinin və nəqliyyat vasitələrinin maneəsiz keçidi barədə razılaşma əldə olunmuşdu:

“Mən güman edirəm ki, bu razılaşmada xarici yüklər qeyd olunmadığına görə, Azərbaycan indi bundan bizim “9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında Ermənistan Respublikası ərazisindən dəhliz verilməsi nəzərdə tutulmayıb” kimi bəyanatlarımıza cavab kimi istifadə edir. Ermənistan Respublikası bu regionda kommunikasiyaların açılması zərurətini tanısa da, bildirir ki, Ermənistan ərazisindən keçən, o cümlədən Azərbaycanın Qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına gedən xarici yüklər gömrük, pasport və başqa nəzarət məntəqələrindən keçməlidir”.

Baş nazir əlavə edib ki, bu qayda MDB ölkələri arasında nəqliyyat əlaqələrinin hüquqi normativləri ilə müəyyən edilib.

“Ermənistan vətəndaşlarına aydın olsun deyə”

Nikol Paşinyana habelə hökumət müşavirəsi zamanı Sünik vilayətindən danışarkən niyə Eyvazlı və Çayzəmi kimi Azərbaycan yer adlarını işlətməsi sualı verilib.

Baş nazir bu sualın cavabında deyib:

“Bunu ona görə etmişəm ki, bu məntəqələrin Ermənistan Respublikası və ya Ermənistan Sovet Sosialist Respublikası əraziində yerləşməməsi Ermənistan Resopublikasının vətəndaşlarına aydın olsun”.

Paşinyan izah edib ki, bu məntəqələr Ermənistan Respublikasının 2010-cu il qanununa uyğun olaraq de-yure öz ərazisi kimi tanıdığı ərazidən kənarda yerləşir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG