Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:04

Paşinyanla Putin Nursultanda görüşəcəklər


Putin və Pashinyan
Putin və Pashinyan

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Pashinyan mayın 29-da Qazaxıstanın paytaxtı Nursultanda danışıqlar aparacaqlar.

Bu barədə aprelin 19-da AzadlıqRadiosunun erməni xidməti məlumat verib.

Görüş hər iki ölkənin daxil olduğu Avrasiya İqtisadi Birliyinin yubiliey sammiti çərçivəsində baş tutacaq.

Mənbənin yazdığına görə, bunu Rusiya Federasiya şurasının sədri Valentina Matvienko Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla Sankt-Peterburqda görüşdə deyib.

Matvienko-nun sözlərinə görə oktyabrın 1-də Yerevanda da Rusiya və Ermənistan liderlərinin görüşü olacaq. Həmin görüş də Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsindı baş tutacaq.

Ermənistanın baş naziri Nikol Pashinyan Rusiya prezidenti Vladimir Putinlə sonuncu dəfə bu il aprelin 1-də əlaqə saxlayıb.

O, həmin vaxt Putinlə telefon söhbəti zamanı, martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqlar barədə məlumat verib.

Qeyd edək ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən həmsədr ölkələrdən biridir.

Bu münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur və ona ABŞ, Fransa və Rusiya həmsədrlik edirlər.

Onu da qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə sədrlik 2019-cu ildə Ermənistana keçib.

Bu birliyə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

XS
SM
MD
LG