Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:10

Paşinyan dəmiryol haqda: 'Yaxın gələcəyin...'


Erməni kəndlilər: 'Əliyev sakitləşməyəcək. Axıracan qisasını alacaq'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Erməni kəndlilər: 'Əliyev sakitləşməyəcək. Axıracan qisasını alacaq'

Paşinyan Overçukun dünənki səfərinin praktik xarakter daşıdığını, Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryol xəttinin tikintisinə həsr olunduğunu deyib

Regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun ilk praktik nəticələrinə çox yaxınıq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 3-də hökumətin iclasında deyib.

Rusiya Baş nazirinin müavini, Rusiya-Ermənistan-Azərbaycan işçi qrupunun həmsədri Aleksey Overçuk Ermənistana səfəri zamanı bu ölkədən həmsədr Mqer Qriqoryanla görüşüb.

Ermənistan qanunvericiliyinə uyğun

Paşinyan çıxışında Overçukun dünənki səfərinin müstəsna praktik xarakter daşıdığını, Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryol xəttinin tikintisinə həsr olunduğunu deyib.

“Biz bu dəmiryol xəttini tikməliyik, dəmiryol Ermənistan ərazisində Ermənistan qanunvericiliyinə, Azərbaycan ərazisində Azərbaycan qanunvericiliyinə uyğun işləməlidir. Dünənki səfər praktik mahiyyətli idi. Biz artıq texniki məsələlərin formalaşdırılmasını, layihələndirmə məsələlərini, tikintinin başlamasını və maliyyə məsələlərini müzakirə edirik”, – baş nazir deyib.

Paşinyanın sözlərinə görə, indiki dinamika saxlanacağı halda əminliklə demək olar ki, “bu imkanın reallaşdırılması yaxın gələcəyin predmeti olacaq”.

Ermənistan: Azərbaycanla dəmiryolu əlaqəsində ilkin razılaşma var
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Operator Cənubi Qafqaz Dəmir Yoludur

Baş nazir müavini Mqer Qriqoryan isə qeyd edib ki, dəmiryolun bərpasıyla əlaqədar Rusiya tərəfi ilə mütəmadi ikitərəfli əlaqələr saxlanacaq, çünki infrastrukturun operatoru Cənubi Qafqaz Dəmir Yoludur.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən ilin dekabrında Brüsseldə Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında bir neçə görüşdən sonra Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryol xəttinin yenidən açılacağı bəlli olub.

Brüssel görüşünədək tərəflər Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə görüşmüşdülər. Üçtərəfli işçi qrupun da müzakirələri olmuşdu.

XS
SM
MD
LG