Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Pashinyan parlamentdə əksəriyyət olan keçmiş hakim partiyadan razılıq ala bilmədi


Nikol Pashinian və Vahram Baghdasarian
Nikol Pashinian və Vahram Baghdasarian

Ermənistanın baş naziri Nikol Pashinyan oktyabrın 1-də “Respublika” partiyasının parlamentdəki fraksiyasının lideri Vagram Bagdasaryanla vaxtındanəvvəl paqrlament seçkisini müzakirə edib.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Pashinyan görüşdən sonra deyib ki, hələlik “Respublika” partiyasının seçkiyə razılığını ala bilməyib:

“Respublikaçılar açıq şəkildə deyirlər ki, parlament seçkisi 2020-ci ildə keçirilməlidir. Mənsə hesab edirəm ki, bu konstruktiv mövqe deyil. Çünki siyasi proseslər sonda göstərdi ki, vaxtındanəvvəl seçki bu gün Ermənistan vətəndaşlarının qarşısında duran bir nömrəli məsələdir. Deməli bu məsələ həll olunmaynca ölkdəki digər məsələlərdən heç biri həll olunmayacaq. Və əgər hansısa bir siyasi qüvvə bu prosesə qarşı çıxsa, deməli istəyir ki, xalq hələ gözləmə mövqeində qalsın. Ama bu düzgün yanaşma deyil”, Pashinyan deyib.

Nikol Pashinian və Vahram Baghdasarian
Nikol Pashinian və Vahram Baghdasarian

Vaqram Baqdasaryan deyir ki, o 49 respublikaçının adından söhbət aparıb. O ki, qaldı “Respublika” partiyasının vaxtından əvvəl seçkilərə nəyə görə razılıq verməməsilə bağlı suala, Baqdasaryan deyib ki, danışıqlar hələ davam etdirilir.

Qeyd edək ki, keçmiş hakim ”Respublika” partiyasına Pshinyanın təşkil etdiyi etirazlarla hakimiyyətədn kənarlaşdırılan Serz Sarkisyan rəhbərlik edir.

Baş nazir Nikol Pashinyan oktyabrın 1-də vaxtındanəvvəl seçki ilə bağlı parlamentəki fraksiyalarla danışıqlara başladığını bəyan edib.

O hesab edir ki, son aylar ölkədə baş verən proseslər, parlamentdə ümidsiz vəziyyət yarandığını göstərir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG