Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Pashinyan ABŞ-dan dönən kimi vaxtındanəvvəl seçkini müzakirə edəcək


 Nikol Pashinyan, Nyu-York, 24 sentyabr, 2018
Nikol Pashinyan, Nyu-York, 24 sentyabr, 2018

Ermənistanın baş naziri Nikol Pashinian ABŞ səfərindən dönən kimi bütün siyasi qüvvələrin iştirakı ilə vaxtındanəvvəl parlament sçkisinin mümkünlüyünü müzakirə edəcək. AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bunu Pashinain sentyabrın 24-də Nyu-Yorkdan özünün “Feysbuk” səhifəsi ilə canlı yayımda deyib.

Pashinyan vaxtındanəvvəl parlament seçkisini müzakirə edəcək
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

“Siyasi hadisələr göstərdi ki, mümkün qədər tez vaxtındanəvvəl parlament seçkisi keçirmək lazımdır. Çünki siyasi qeyri-müəyyənlik ölkə iqtisadiyyatına yeni investorlar cəlb edilməsini əngəlləyir. Hesab edirəm ki, bələdiyyə şurasına keçirilən son seçki göstərdi ki, parlamentdəki qüvvələr çox az səs topladıqlarından mahiyyətcə bugünkü parlamentin mandatı yoxdur. Yeni seçkilərlə xalqa imkan yaratmalıyıq ki, nəhayət ölkədə siyasi prosesləri sosial-iqtisadi problemlərin həllinə yönəltmək üçün üstün saydıqları qüvvələri parlamentə gətirsin və çoxluq yaradaraq yeni baş nazir seçsin”, Pashinian deyib.

Keçmiş hakim “Respublika” partiyasının parlamentdəki fraksiyasının lideri Bagram Bagdasaryansa AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, onlar yeni parlament seçkisinə ehtiyac görmürlər.

O, istənilən müzakirəyə hazır olduqlarını bildirib, amma qeyd edib ki, öncə yeni seçki məcəlləsini müzakirə etmək və onu yaxşılaşdırmaq lazımdır.

Bagdan Bagdasaryan
Bagdan Bagdasaryan

Bagdasaryan deyib ki, hazırda ölkədə vaxtındanəvvəl seçkidən həll olunmalı daha vacib məsələlər var.

Qeyd edək ki, sentyabrın 23-də Yerevan bələdiyyə şurasına keçirilən seçkidə Pashinianın dəstəklədiyi “Mənim addımım” bloku qalib gəlib.

Bu blok səslərin əksəriyyətini qazandığından onun namizədi Ayk Marutyan birbaşa şəhər meri olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG