Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:09

Kocharian-dan Pashinian-a ittiham: ‘Bəlkə bu maliyyə Azərbaycandan gəlib?’


Paşinyanın 100 günü: Korrupsiyanın kökünü necə kəsmək olar?
Gözlə

No media source currently available

0:00 0:14:38 0:00

Paşinyanın 100 günü: Korrupsiyanın kökünü necə kəsmək olar?

Avqustun 16-da, Ermənistanın baş naziri Nikol Pashinian-ın hakimiyyətə gəlməsindən 100 gün keçib.

Ekspertlər bu 100 günü təhlil edərkən Pashinian-ın daha çox korrupsiya ilə mübarizəni gücləndirməsinin və bir sıra keçmiş məmurların cinayət məsuliyyətinə cəlb edilməsinin üzərində dayanırlar.

Ermənistanın Dövlət Sərvətləri Komitəsinin sədri David Ananian deyib ki, bu ilin vergi gəliri gözləntisi, keçən ilin proqnozundan, 220 milyon dollar artıq olub, bu əlavə 220 milyon dollar il başa çatmamış, ilin yeddi ayında toplanıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsian isə deyib ki, son üç ayda dövlət büdcəsinə, 2017-ci ildəkindən səkkiz dəfə çox vəsaitin qaytarılmasına nail olublar.

Bakıda, politoloq Hikmət Hacızadə hesab edir ki, Paşinyan korrupsiya ilə mübarizə üçün siyasi iradə göstərir:

“O gələn kimi güc nazirliklərinin rəhbərlərini dəyişdi, gəlib məsləhətləşdilər ki, qanunla nə lazımdır, edin, heç nədən də çəkinməyin. Onlar da başladı işləməyə. Lazım olan sənədləri yoxladılar, qanunsuzluqları tapdılar, adamların pulunu tutdular əlindən alıb qaytardılar büdcəyə. Burda xüsusi bir metod yox idi, sadəcə siyasi iradə lazımdır bunu etməyə”.

Səs-küylü həbslər

Pashinian-ın 100 günü həm də səs-küylü həbslərlə yadda qaldı. Keçmiş prezident Robert Koçaryan 2008-ci ildə Konstitutisiya quruluşunu devirmək ittihamı ilə həbs olundu, amma az sonra azadlığa buraxıldı.

Kocharian-dan başqa da cinayət məsuliyyətinə cəlb olunanlar oldu. Məsələn, deputat Manvel Grigorian qanunsuz silah saxlamaqda və külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur.

Keçmiş prezident Serj Sarkisyanın iki qardaşının ailə üzvləri və keçmiş təhlükəsizlik xidmətinin rəhbəri də müxtəlif ittihamlarla, o cümlədən, qanunsuz varlanma ittihamı ilə üz-üzədirlər.

Bəs görəsən Azərbaycan paytaxtında qonşu ölkədə baş verənlər barədə nə düşünürlər? AzadlıqRadiosu bu mövzuda sorğu keçirib:

Azərbaycan korrupsiya ilə mübarizədə qonşularından nə öyrənə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Beynəlxalq Şəffaflıq Təşkilatının 2017-ci ilə dair hesabatına görə, Cənubi Qafqazda korrupsiya ilə bağlı ən pis vəziyyət Azərbaycandadır.

Azərbaycan korrupsiyanı qavrama indeksinə görə 122-ci, Ermənistan isə 107-ci yerdədir. Regionda bu mənada ən yaxşı vəziyyət 46-cı pillədə olan Gürcüstandadır.

Keçmiş prezident Robert Kocharian, Yerkir Media TV kanalına müsahibəsində ona qarşı olan bütün ittihamları rədd edib, deyib ki, siyasətə qayıdır.

Kocharian deyib ki, Pashinian hökumətinin iqtisadi strategiyası yoxdur və vergi yoxlamaları ilə investorları ölkədən qaçırır. O əlavə edib ki, hökumətin iqtisadi planlarının mövcudluğu ilə bağlı hansısa sübut yoxdur. Kocharian, Paşinian-ı, işi bilməməkdə günahlandırıb:

“Əgər adam yalnız Sorosun qrantları ilə maliyələşən bəzi qeyri-hökumət təşkilatlarında çalışıbsa, ondan nə təcrübə gözləmək olar?! Bəlkə də bu maliyyə, fond vasitəsilə Azərbaycandan və Türkiyədən gəlib”.

Pashinian-ın korrupsiya ilə mübarizəsi Bakıya yaxşı siqnaldır?

Bakıda, Milli Məclisin Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Rasim Musabəyov da, Pashinian-ın korrupsiya islahatlarının davamlı ola biləcəyinə şübhə edir:

“İndiyə qədər 50-60 min pul qopardıblar guya. Bundan artıq toplaya bilməyəcəklər, bununla da bitəcək. Yardımlara gözlərini tikiblərsə, yardımları da gözləmək nahaqdır. Guya ki, investisiya mühiti yaradıb investor gətirəcəklər, hələ ki, bir nəfər də ora investisiya qoymayıb. Ermənistanın Qərblə yaxınlaşmağının bir yolu var, o da Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək. Bu da Qarabağ münaqişəsinin həllindən keçir”.

Siyasi şərhçi Hikmət Hacızadə də deyir ki, Pashinian-ın korrupsiya ilə mübarizə cəhdləri Qərbə yaxınlaşmaq üçündür, amma o bu yola davam etsə, Ermənistan Qarabağı itirə də bilər. Çünki Ermənistan Qərbə yaxınlaşdıqca, Rusiya ondan inciyəcək, Qarabağ və ətraf rayonların Azərbaycana qayıtması mümkün olacaq.

Hikmət Hacızadə onu da deyir ki, bu baxımdan Pashinian-ın islahatları Azərbaycan üçün müsbət siqnaldır.

Pashinian bu ilin mayında hakimiyyətə gəlib. Paşinyan və tərəfdarları Serj Sarkisian-ın, prezidentlik səlahiyyəti bitəndən sonra baş nazir qismində hakimiyyətdə qalmasına imkan verməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG