Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:56

Pashinian işğal olunmuş Xankəndində, ‘dirçəliş meydanında’ çıxış edəcək


Nikol Pashinian Sevan (Göycə) gölündə
Nikol Pashinian Sevan (Göycə) gölündə

Ermənistanın baş naziri Nikol Pashinian avqustun 5-də işğal altında olan Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndindəki “dirçəliş meydanında” çıxış edəcək.

AzadlıqRadiosunun Erməni xidməti Azatutuyunun xəbərinə görə bu barədə məlumatı avqustun 2-də Sevan (Göycə) gölündə olan Pashinian Facebook-dan canlı yayımında verib:

“Mən avqustun 5-də Stepanakertdə (Xankəndi-red) ümümerməni oyunlarının açılış mərasimində iştirak edəcəyəm”.

Pashinian deyib ki, bu mərasimə “bütün erməniliyin” nümayəndələri toplaşacaq.

Ermənistanın baş naziri Facebook müraciətində “Artsaxdan” (Qarabağ – red) olan “bütün həmvətənlərini” onun çıxışını dinləməyə dəvət edib.

O bildirib ki, bu çıxışında “bügünkü vəziyyətimiz və sabahkı planlarımızdan” söz açacaq.

Pashinian deyib ki, onun çıxışının əsas mövzusu “erməni birliyi” olacaq.

AzadlıqRadiosunun “bu tədbir Yerevanla Dağlıq Qarabağ arasındakı fikir ixtilaflarını çözmək məqsədimi güdür” sualına erməni separatçıların lideri Bako Sahakianın mətbuat katibi David Babayn belə cavab verib:

“Hansısa problemlər ola bilərdi. Amma aydındır ki, hamı birliyi qoruyub saxlamalıdır…Biz düşmən ola bilmərik. Əgər erməniliyin ayrı-ayrı hissələri bir-biri ilə düşmənçilik etsə, dövlətimiz məhv edilər. Həm də yəqin ki, bu dəfə həmişəlik…”

Bundan bir neçə həftə əvvəl Pashinian üstüörtülü şəkildə Dağlıq Qarabağ separatçılarını xəyanətdə ittiham etmişdi.

O demişdi ki, bəzi qüvvələr torpaqları təhvil vermək və bunun günahını onun üzərinə qoymağı planlaşdırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG