Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:55

Pashinian: Vaxtındanəvvəl parlament seçkisi keçirmək lazımdır


Nikol Pashinian
Nikol Pashinian

“Hansısa qüvvələrin ölkədə əks-inqilab edə bilməsi barədə söz-söhbətlər boş şeydir”.

AzadlıqRadiosu erməni xidmətinin sentyabrın 24-də verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Pashinian Nyu-Yorkda erməni diasporunun üzvləri ilə görüşdə deyib.

Baş nazir qeyd edib ki, Yerevanda keçirilən tamamilə azad və ədalətli seçkilərdə onun dəstəklədiyi “Mənim addımım” blokunun qəti qələbəsi buna bir sübutdur.

Pashinian deyib ki, onun hökuməti 4 ay ərzində ölkədə sabitliyin təmin edlməsi üçün bütün mümkün imkanlara əl atıb və buna nail ola bilib.

O qeyd edib ki, indi ikinci vacib məsələ, ölkəyə sərmayyə cəlb eləməkdir və bunun üçün vergi kodeksi və məhkəmə sistemində dəyişiklik edilir, ölkədə sabit siyasi sistem yaradılır və bütün bunların təmin edilməsi üçünsə yaxın vaxtlarda vaxtındanəvvəl parlament seçkisi keçirilməlidir.

“Yerevan bələdiyyə şurasına seçkinin nəticələri göstərdi ki, bu qaçılmazdır və seçkilər mümkün qədər tez keçirilməlidir”, Pashinian vurğulayıb.

Qeyd edək ki, sentyabrın 23-də Yerevan bələdiyyə şurasına keçirilən seçkidə Pashinianın dəstəklədiyi “Mənim addımım” bloku 81 faizdən çox səs toplayıb.

Qaydaya görə bu seçkidə səslərin yarıdan çoxunu qazanan partiyanın namizədi birpaşa Yerevan meri olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG