Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:57

Pashinian da konstitusiya islahatına başlayır


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinian seçiciləri Konstitusiya Məhkəməsi heyətindəki hakimlərin çoxunun vəzifədən getməsinə səbəb olacaq konstitusiya dəyişikliklərini dəstəkləməyə çağırıb.

Pashinian bu bəyanatı martın 10-da, ölkədə islahatlara dair gələn ay keçiriləcək referendum kampaniyasının başlanğıcında verib:

“Mən sizi aprelin 5-də seçki məntəqələrinə getməyə və keçmişdə Ermənistanın bütün seçkilərindəki saxtakarlığa hamilik etmiş bu köhnə Konstitusiya Məhkəməsini evə göndərmək istədiyinizi təsdiqləməyə çağırıram”.

Əgər təklif edilmiş konstitusiya dəyişiklikləri təsdiq olunarsa, Ermənistanda Konstitusiya Məhkəməsinin 9 hakimindən, Pashinian-ı hakimiyyətə gətirmiş məxməri inqilabdan əvvəl təyin edilmiş 7 hakim istefaya göndəriləcək.

Hrair Tovmasian
Hrair Tovmasian

Sözü gedən 7 hakimin yerini Pashinian-ın “Mənim addımım” fraksiyasının çoxluğa malik olduğu Milli Məclisdə təsdiq olunacaq 7 yeni hakim tutacaq.

Konstitusiya Məhkəməsinin digər iki hakimi isə postlarında qalacaq.

Meğri şəhərində etdiyi çıxışda Pashinian deyib ki, Konstitusiya Məhkəməsinin hazırkı heyəti “xalqı təmsil etmir” və Ermənistanda “hazırkı konstitusiyaya uyğun gəlməyən yeganə qurumdur”.

Pashinian məhkəmənin 7 köhnə hakimini Ermənistanın keçmiş rəhbərliyi ilə bağlı olmaqda və müstəqil ədliyyə sisteminin yaradılmasına maneçilik törətməkdə ittiham edib.

Öz xoşları ilə getmək istəmirlər

Lakin Ermənistanda əsasən keçmiş hakimiyyətin təmsilçilərindən ibarət olan müxalifət referendumun konstitusiyaya zidd olduğunu və Pashinian-ın Konstitusiya Məhkəməsinə nəzarəti ələ almaq istədiyini bildirir.

Ötən dekabrda Konstitusiya Məhkəməsinin sədri Hrair Tovmasiana qarşı səlaihiyyətlərindən sui-istifadə ittihamı irəli sürlüb.

O bu ittihamı siyasi motivli adlandırıb.

Bundan əvvəl, elə ötən dekabrda Tovmasian və digər 6 hakimə mandatları bitməzdən əvvəl istefa verdikləri təqdirdə maliyyə kompensasiyası nəzərdə tutan ziddiyyətli qanun qəbul olunmuşdu.

Hakimlərdən heç biri kompensasiya təklifini qəbul etməmişdi.

XS
SM
MD
LG