Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 06:44

Pashinian:Robert Kocharian və Serzh Sarkisian "siyasi meyitlər"dir


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinian keçmiş prezidentlər Robert Kocharianla Serzh Sarkisian və onların ətrafını “siyasi meyitlər” adlandırıb.

AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə, o bunu sentyabrın 15-də jurnalistlərə açıqlama verərkən deyib.

Pashinian deyib ki, Kocharianla Sarkisian siyasi "meyitlər"dir
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

“Ermənistanda Robert Kocharian adlı siyasi faktor yoxdur.Serzh Sarkisian kimi Robert Kocharian və onların ətrafları “siyasi meyitlərdir”. Amma bu o demək deyil ki, “siyasi meyitlər” qanun qarşısında məsuliyyət daşımamalıdırlar”, Pashiian deyib.

Baş nazir həmçinin Kocharian-ın bu yaxınlarda onun barəsində “Pashinyan bizə ilişdiyinə görə peşiman olacaq” deməsini də şərh edib.

“Cənab Kocharian bununla, siyasi proseslərin qavranılmasında öz səviyyəsini göstərir. Bu onlar üçün küçə davası deyil-hansı ki,uduzan gedəndə deyir ki, sən hələ peşiman olacaqsan”, baş nazir vurğulayıb.

Qeyd edək ki, Pashinian hakimiyyətə gəldikdən sonra keçmiş prezident Robert Kocharian da daxil olmaqla bir sıra keçmiş yüksək rütbəli şəxslərə qarşı cinayət işləri açılıb.

XS
SM
MD
LG