Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Pashinian: ‘Mən bunu Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm’


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinian iki gün əvvəl Şirak vilayətinin Panik kəndində baş vermiş insidentin qeyri-məqbul olduğunu bəyan edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, baş nazir iyulun 19-da keçirilmiş hökumət müşavirəsi zamanı deyib:

“Mən bunu Ermənistan və Rusiya arasındakı dost münasibətlərə və Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”.

O bildirib ki, bu insident üçün cavabdeh olanlar aşkarlanmalı və məsuliyyətə cəlb edilməlidirlər.

Pashinian bundan sonra təfərrüatlara varıb: “Əlbəttə başa düşmək lazımdır ki, bu insidentlə bağlı təhqiqat hansı prosedurlar üzrə aparılmalıdır, çünki müqavilələrin Ermənistanın daxili qanunvericiliyi ilə münasibəti aydınlaşdırılmalıdır. Bütün hallarda mən bilirəm ki, polis bu barədə materialları hazırlayır…”

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanesyan jurnalistlərlə söhbəti zamanı deyib ki, Rusiya tərəfi belə insidentlərin bir daha olmayacağına dair vəd verib.

Jurnalistlər deyiblər ki, “adamlar bu insidentdə siyasi məna, daha doğrusu erməni tərəfinin qorxudulmasına cəhd görürlər”.

Vanesyan bunun "əsla belə olmadığını" bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG