Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Pashinian İrana Qarabağ məsələsindəki ‘ölçülü-biçili’ mövqeyinə görə təşəkkür edir


Baş nazir Nikol Pashinian (sağda) və İran prezidenti Hassan Rohani oktyabrın 1-də Yerevanda görüşüblər
Baş nazir Nikol Pashinian (sağda) və İran prezidenti Hassan Rohani oktyabrın 1-də Yerevanda görüşüblər

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Ermənistanın baş naziri Nikol Pashinian bu ölkədə keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında iştirak üçün gəlmiş İran prezidenti Hassan Rohani ilə görüşüb.

Pashinian İran prezidenti ilə söhbətində deyib ki, Tehran və Yerevan arasında münasibətlər yüksək səviyyədə qalmaqda davam edir.

Ermənistan baş naziri bunu da deyib ki, Yerervan Tehranla münasibətlərinin imkan daxilində geosiyasi təsirlərdən kənarda qalmasını istəyir.

Bu, Hassan Rohaninin Ermənistana bu ölkədə baş vermiş “məxməri inqilabdan” sonra ilk səfəridir.

İran prezidenti Nikol Pashinian-la görüşdə deyib:

“Biz dost və qonşu Ermənistanla bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi və genişləndirilməsinə tərəfdarıq. Biz sizin hökumətinizlə yeni proqramların işlənməsi və reallaşdırılması, qaz-elektrik enerjisi mübadiləsi proqramının genişləndirilməsinə tərəfdarıq”.

Rohani əlavə edib ki, İran Ermənistana qaz enerjisinin elektrik enerjisinə çevrilməsində, külək və günəş enerjisindən istifadə proqramlarında dəstək verə bilər.

İran prezidenti bunu da qeyd edib ki, onun ölkəsi Ermənistanla nəqliyyat infrastrukturlarının yaradılması sahəsində əməkdaşlığa hazırdır.

Tərəflər habelə dəmir yolu, yüksək texnologiyalar, gömrük, elm və turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hassan Rohani deyib ki, baş nazir Pashinian-ın İrana səfərindən sonra iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb.

Rohani bildirib ki, Tehran Yerevana Meqri su elektrik stansiyasının inşasında kömək edə bilər.

Tərəflər habelə Fars körfəzindən Qara dənizə tranzit yolları layihələrini müzakirə ediblər.

Azatutyun yazır ki, Rohani və Pashinian Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunublar.

Pashinian İran prezidentinə Qarabağ məsələsində “ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib.

Öz növbəsində Rohani bu münaqişənin dinc vasitələrlə və bütün tərəflərin maraqlarının nəzərə alınması ilə həllinin vacibliyini vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG