Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Pashinian Qarabağ danışıqları barədə suallara cavab verib


Nikol Pashinian
Nikol Pashinian

“Milanda həmsədrlərlə görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri hansısa məlumatı razılaşdırıblar və deyilib ki, bunu uzun müddət razılaşdırmaq olmurdu, amma indi razılaşdırılıb. Son 25 ildə çox bəyanatlar olub”.

AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə bu sözləri dekabrın 19-da jurnalistlərlə söhbəti zamanı Ermənistanın baş naziri Nikol Pashinian deyib.

“Qarabağ məsələsində yenilik varmı” sualına, Pashinian “Yox, təzə heç nə yoxdur” cavabını verib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nagdalian dekabrın 19-da deyib ki,Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT xarici işlər nazirlərinin Milanda keçirilən Nazirlər Şurası çərçivəsində görüşü zamanı əldə olunmuş razılaşmalar Ermənistan XİN tərəfindən dərc olunub.

Jurnalistlər Anna Nagdalian-dan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə əldə edilmiş “hansı qarşılıqlı anlaşmadan” söhbət getdiyini soruşmuşdular.

Zohrab Mnatsakanian (solda) və Elmar Məmmədyarov
Zohrab Mnatsakanian (solda) və Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milanda ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla görüşü barədə məlumat verərkən Dağlıq Qarabağ münaqişəsinə dair “müəyyən qarşılıqlı anlaşmaların” əldə olunduğunu bildirmişdi.

Elmar Məmmədyarovun bu bəyanatı ilə bağlı suala cavab verərkən Ermənistan XİN-in sözçüsü deyib ki, Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov “yaranmış dinamikanı saxlamaqla yaxın gələcəkdə görüşləri davam etdirmək barədə razılığa gəliblər”.

Son zamanlar bir sıra Ermənistan siyasətçiləri Pashinian hökumətinin Dağlıq Qarabağ siyasəti barədə narahatlıq ifadə edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG