Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Pashinian parlament çoxluğunu ‘təxribatda’ ittiham edir


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinian oktyabrın 22-də ölkənin müddətini başa çatdırmaqda olan parlamentini “təxribatda” ittiham edib. Buna səbəb parlamentin ölkənin Seçki Məcəlləsinə əsas düzəlişləri qəbul etməməsi olub. Bu düzəlişlər Pashinian-ın hökuməti tərəfindən təklif edilmişdi.

Rəsmən hökumət tərəfindən oktyabrın 16-da təsdiq edilmiş düzəlişlər ölkədə normal seçki keçirilməsini təmin etməlidir.

Bu düzəlişlərdən biri də Milli Məclisdə mandatların bölüşdürülməsi mexaniziminin tənzimlənməsinə aiddir.

Tənqidçilər deyirlər ki, hazırkı bölgü sistemi 2017-ci ilin aprelində keçirilmiş seçki zamanı keçmiş baş nazir Serzh Sarkisian-ın hakim Respublikaçı Partiyası üçün əlverişli olub.

Ermənistan Konstitusiyasına görə Seçki Məcəlləsinə hər hansı düzəlişin qəbul edilməsi üçün 105 mandatlıq parlamentin azı 63 üzvünün leyhinə səs verməsi lazımdır. Məhz bu yalnız 53 deputatın hökumətin layihəsinə səs verməsinə səbəb olub. Təklif faktiki olaraq hakim partiyanın millət vəkilləri tərəfindən bloklanıb.

Pashinian parlament çoxluğunu onun kabinetinə qarşı “təxribatda” ittiham edir:

“Onlar ümid edirlər ki, bu yolla yeni parlament seçkisini revanş alətinə çevirəcəklər. Lakin mən açıq şəkildə bildirirəm ki, seçki hətta mövcud Seçki Məcəlləsi ilə keçirilsə də heç nə dəyişməyəcək, çünki xalqın qələbəsi qaçılmazdır və heç kim tərəfindən oğurlana bilməz”.

Pashinian bəyan edib ki, “keçmişə dönüş yoxdur”. O tərəfdarlarını “Ermənistanda tam bir rejim dəyişikliyinə” çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG