Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Pashinian: 'Əliyevlə görüşlər danışıqlar yox, qeyri-rəsmi təmaslardır'


Nikol Pashinian yanvarın 30-da jurnalistlərin suallarına cavab verir
Nikol Pashinian yanvarın 30-da jurnalistlərin suallarına cavab verir

Ermənistanın baş naziri yanvarın 30-da yeni hökumət başçısının andiçmə mərasimindən sonra jurnalistlərin suallarına cavab verərkən deyib ki, onun Azərbaycan prezidenti ilə görüşləri danışıqlar yox, qeyri-rəsmi təmaslardır.

Özünün ABŞ milli təhlükəsizlik müşaviri John Boltonla telefon söhbətinə toxunan Pashinian əlavə edib ki, bu söhbət zamanı Qarabağ məsələsi müzakirə olunmayıb , “nə Qarabağ, nə də Artsax adı çəkilməyib”.

Pashinian bildirib ki, o Azərbaycan prezidenti ilə görüşlərində geniş fikir mübadiləsi aparır.

AzadlıqRadiosu Erməni xidmətinin ATƏT-in Minsk qrupu tərəfindən danışıqların başlanmasına dair təşəbbüsünün olub-olmadığı barədə sualına cavab verərkən Pashinian deyib:

“Bu məsələ xarici işlər nazirlərinin müzakirə gündəliyindədir. Biz hətta cənab Əliyevlə demişik ki, nazirlərimiz bu məsələ üzərində işləyirlər. Onlar həmsədrlərlə birlikdə bizə tövsiyələrini təqdim edəcəklər və biz necə hərəkət etmək barədə qərar qəbul edəcəyik”.

Qarabağ tənzimlənməsində “ərazi əvəzinə sülh” formulunun müzakirəsi ilə bağlı geniş yayılan şayiələrlə əlaqədar baş nazir deyib ki, erməni tərəfi bu formulu hətta müzakirə də etməyəcək:

“Biz “ərazi əvəzinə sülh” formulunu hətta müzakirə də edə bilmərik. Hesab edirəm ki, bizim hökumətimiz Qarabağ məsələsində bundan əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır. Bu mənada əvvəlki siyasətlə hansısa paralellər axtarmaq cəhdləri tamamilə yanlışdır”.

Xatırlatma

Yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinian Davosda qeyri-rəsmi görüş keçirib.

Bu il yanvarın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilmişdi.

Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirirdi ki, 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı, çox müsbət fikir mübadiləsi aparılıb.

Eyni zamanda vurğulanırdı ki, danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG