Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:33

Nikol Pashinian: ‘Hər dəfə müharibədən danışmaq lazım deyil’


Nikol Pashinian aprelin 8-də Ermənistan Milli Məclisində jurnalistlər üçün brifinq keçirib
Nikol Pashinian aprelin 8-də Ermənistan Milli Məclisində jurnalistlər üçün brifinq keçirib

“Biz heç kəsə qarşı hərbi əməliyyatlara başlamaq fikrində deyilik, amma kimsə bizə qarşı hərbi əməliyyatlara başlasa, biz onu sülhə məcbur edəcəyik”.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, bu sözləri aprelin 8-də Ermənistan Milli Məclisində jurnalistlər üçün keçirdiyi brifinqdə baş nazir Nikol Pashinian deyib:

“Hər bir danışıq görüşündən əvvəl və sonra müharibədən danışmaq lazım deyil. Biz müharibədən danışanda danışıqlar prosesinin mühümlüyünü və danışıqlar prosesinə sadiqliyimizi vurğulmaq istəyirik”.

“Danışıqlar Azərbaycanın hərbi hərəkətlərə əl atmayacağına qarantiya verirmi” sualına cavab olaraq Pashinian deyib:

“Tərəflər Düşənbə razılaşmalarına istinad edərək həm də atəşkəs rejimini saxlamaq və möhkəmləndirmək barədə razılığa gəliblər. Bizim bu siyasi razılaşmanı pozmaq ehtimalımız varmı? Yox? belə bir ehtimal yoxdur. Lakin əgər kimsə siyasi razılaşmanı pozsa, bu o demək deyildir ki, biz müdafiə olunmayacağıq”.

Nikol Pashinian daha sonra deyib:

“Mən ümid edirəm ki, mənim azərbaycanlı həmkarım bu razılaşmanı pozmayacaq. Biz çox dəqiq razılaşmışıq və hətta bu razılaşmanı yazılı şəkildə Minsk qrupu həmsədrlərinin iştirakilə imzalamışıq. Söhbət bundan gedir”.

Nikol Pashinian deyib ki, iki tərəf arasında razılaşmaya təkcə gücdən istifadə etməməkyox, hətta belə bir gücdən istifadə ilə hədələməmək də daxildir:

“Biz sadəcə olaraq ümumun diqqətini belə bir fakta cəlb edirik ki, təəssüf, Azərbaycan zaman-zaman gücdən istifadə ediləcəyinə dair təhdidlərdən danışıqlarda faktor kimi istifadə etməyə çalışır. Biz sadəcə olaraq bunu deyirik: Gəlin belə hədələrdən istifadə etməyək. Çünki əgər belə istifadəni davam etdirsək, nəticədə nə olar? Gəlin sülh gündəliyini tərtib edək və sülh gündəliyi əsasında işləyək. Biz bunu istəyirik”.

Erməni xidmətinin “danışıqlar keçmiş prezident Serzh Sarkisianın dayandığı nöqtədənmi başlanıb” sualına Pashinian belə cavab verib:

“Yox, mən danışıqlara Serzh Sarkisianın dayandığı nöqtədən başlamamışam, öz nöqtəmdən başlamışam. Bu mühüm məqamdır”.

Xatırlatma:

Prezident İlham Əliyev və baş nazir Nikol Pashinian arasında martın 29-da Vyanada keçirilən danışıqların ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, görüş pozitiv və konstruktiv atmosferdə keçib və iki liderə müvafiq mövqelərini açıqlamaq imkanı verib.

Onlar tənzimləmə prosesinin bir neçə əsas məsələlərinə və konkret ideyalara dair fikir mübadiləsi ediblər.

İki lider davamlı sülh üçün mühitin yaradılmasının və münaqişənin dinc həlli istiqamətində aparılan danışıqlar prosesində əməli addımlar atılmasının mühümlüyünü vurğulayıb.

Düşənbədəki söhbətlərini yada salan liderlər atəşkəsə və birbaşa kommunikasiya mexanizminə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Onlar habelə humanitar sahədə bir neçə tədbirin işlənməsi barədə razılığa gəliblər.

Prezident və baş nazir xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşməyi tapşırıblar.

Onlar habelə öz aralarındakı birbaşa dialoqu davam etdirəcəklərini deyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG