Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:14

Pashinian: ‘Məncə Azərbaycan prezidenti ehtiyat edir ki…’


Ermənistanın baş naziri Nikol Pashinian NATO sammitində
Ermənistanın baş naziri Nikol Pashinian NATO sammitində

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytının məlumatına görə Ermənistanın baş naziri Nikol Pashinian iyulun 12-də NATO-nun Brüsseldəki qərargahında keçirilən brifinqdə deyib ki, ölkəsinin üzləşdiyi çətinliklərdən biri də “Azərbaycanın destruktiv siyasətidir”.

“Təəssüf ki, Ermənistanda demokratiyanın tərəqqisi və demokratik inqilabdan sonra Azərbaycan daha aqressiv olub və bu aqressiya təkcə Ermənistana deyil, regionumuzdakı demokratiyaya qarşı yönəlib”.

O habelə deyib ki, bu sahədə konstruktiv müzakirələrin və söhbətlərin keçiriləcəyini gözləyir.

Latviya prezidenti Raymonds Veyonislə görüşdə Nikol Pashinian deyib: “Təəssüf ki, mən baş nazir vəzifəsinə başladığım ilk günlərdən Dağlıq Qarabağla sərhəddə, habelə Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasını görmüşəm”.

Pashinian sözünə belə davam edib: “Mən xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistana qarşı istənilən təcavüzü təkcə Ermənistana qarşı deyil, ümumilikdə demokratiyaya qarşıdır. Məncə Azərbaycan prezidenti ehtiyat edir ki, demokratik proseslər Ermənistandan Azərbayacana keçə bilər. Mənim başa düşdüyümə görə onlar demokratik dalğanın Ermənistandan Azətrbaycana keçməsinin qarşısını almaq üçün gərginliyi artırmağa çalışırlar”.

Nikol Pashinian ümid etdiyini bildirib ki, beynəlxalq icma regiondakı gərginliyi artırmaması, müharibəyə başlamaması üçün Bakıya çox güclü xəbərdarlıq siqnalı göndərəcək.

Azərbaycan tərəfdən bu açıqlamalara, hələlik, münasibət bildirilməyib. Amma hakimiyyət təmsilçiləri indiyədək sülh prosesini məhz Ermənistanın pozmağa çalışdığını, destruktiv mövqe tutduğunu vurğulayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG