Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:10

Pashinian BMT tribunasından Azərbaycanı ittiham edib


Nikol Pashinian
Nikol Pashinian

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən baş nazir Nikol Pashinian Azərbaycan prezidenti İlham Əliyevi “onun təklif etdiyi formulu qəbul etməyə və Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə şərait yaratmağa” çağırıb:

“İstənilən həll Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz bu formulu həyata keçirmək üçün birlikdə işləməliyik”.

Ermənistanın baş naziri çıxışında deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regionun stabillik və təhlükəsizliyi üçün həlledici əhamiyyətə malikdir.

Lakin Pashinian əlavə edib ki, “Azərbaycanın ali hakimiyyəti öz mövqelərində qalır və Qarabağ məsələsinin müstəsna olaraq Azərbaycan xalqı üçün məqbul həllinə can atır”.

“Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti münaqişəni həll etmək niyyətində deyil. Bunun əvəzində onlar Dağlıq Qarabağ xalqına qalib gəlmək istəyirlər. Onlar kompromisə getmək istəmirlər”.

Nikol Pashinian 2018-ci ilin mayında Ermənistanda hakimiyyətə gəldikdən sonra Azərbaycan və Ermənistanın başçıları, xarici işlər nazirləri bir neçə dəfə ikitərəfli və çoxtərəfli danışıqlar keçiriblər.

Ermənistanın baş naziri bundan əvvəlki bəyanatlarında Dağlıq Qarabağı sülh prosesinin tərəfi kimi tanıdığını bəyan edib.

Rəsmi Bakı belə açıqlamalara münasibətində daim qeyd edir ki, münaqişənin tərəfləri kimi yalnız Azərbaycan və Ermənistan respublikaları çıxış edə bilərlər.

Azərbaycan tərəfi Dağlıq Qarabağdakı rejimi separatçı sayır və ölkənin işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edir.

Paşinyan Los-Ancelesdə görüşlər keçirərkən səmada "İşğala son qoy" şüarı peyda olub
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb.

Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Amma qoşunların təmas xəttindən tez-tez atəşkəsin pozulması xəbərləri gəlir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırlar.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG