Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

Paşa Holding ət-süd zavodu alıb?


 Pasha Holding-in ofisi
Pasha Holding-in ofisi

«SAB» ticarət nişanıyla ət və süd məhsulları buraxan «Zəhmət-Ruzi» MMC-nin nizamnamə kapitalı qısa müddətdə 900 min manatdan 11 milyon manata çatıb

«SAB» ticarət nişanıyla ət və süd məhsulları buraxan «Zəhmət-Ruzi» MMC-nin nizamnamə kapitalı bir müddət öncə 900 min manatdan azca çox idi. İndi isə MMC-nin sərmayəsi 11 milyon manata yaxınlaşır. Bəs bu kapital axınının arxasında nə durur?

AzadlıqRadiosuna özəl qaynaqdan daxil olmuş məlumatda deyilir ki, şirkətin sahibi Sabir Babayev onu «Paşa Holding» şirkətlər qrupuna satıb. Əmlak ticarəti təşəbbüsünün hansı tərəfdən gəldiyi açıqlanmır.

Alan da razı, satan da

Hazırda işadamı Azərbaycanda yaşamır və məlumatın təsdiqini onun özündən eşitmək mümkün olmayıb. S. Babayev Bakının mərkəzində yerləşən «Portofino» restoranını da illər öncə satıb.

2006-cı ildə yaradılan və ötən dövrdə Azərbaycanda ən iri daşınmaz əmlak mülkiyyətçisinə çevrilən «Paşa Holding» isə, bir qayda olaraq, mediaya belə hallara dair açıqlama vermir. AzadlıqRadiosunun sorğusuna bu dəfə də «zərurət olarsa, məlumat verərik» şəklində şifahi cavab verilib.

Pasha Holding, Agro Dairy
Pasha Holding, Agro Dairy

Heydər Əliyev prospektindən Xırdalana gedən yol

Ət-süd zavoda gəlincə, bu müəssisə əvvəllər Bakıda Heydər Əliyev prospektində yerləşib. 1998-ci ildə qurulan zavod «Nizami rayonunun ekoloji vəziyyətinin yaxşılaşdırlması tədbirləri» çərçivəsində 2002-ci ildə Xırdalan şəhərinə köçürülüb. Burada ona 3 hektardan artıq torpaq sahəsi verilib. Müəssisənin müasir avadanlıqlarla təhciz edilmiş laboratoriyası, istehsal sexləri, anbarı və ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin olduğu bildirilir. Şirkətin məhsulları yerli «Halal» standartına uyğundur.

«Paşa Holding» aqrar sektorda yeni deyil

2014-cü ildə holdinqin iştirakıyla «Agro Dairy» MMC, ötən ilsə «Agro Dairy Operation» şirkəti qurulub. Onların ölkədə taxıl məhsullarının yetişdirilməsi və satışı ilə maşğul olduğu bildirilir. Şirkət 12 min hektar sahədə qarğıdalı, buğda, soya, günəbaxan, darı və yonca(https://goo.gl/aQsnOA) becərir.

Samux icra hakimiyyətinin internet səhifəsi, 4 mart 2017
Samux icra hakimiyyətinin internet səhifəsi, 4 mart 2017

Samux Rayon İcra Hakimiyyəti bildirir ki, təkcə bu rayonda «Agro Dairy» MMC-yə taxılçılıq kompleksinin yaradılması məqsədilə 5 min hektar torpaq ayrılıb. Şirkətin 24 traktoru, 5 taxılbiçən və 2 yemyığan kombaynı və başqa kənd təsərrüfatı texnikası var.

Əkinçilik Elmi Təqqiqat İnstitutunun 5 hektar torpaq sahəsi də Macarıstandan gətirilmiş buğda sortlarının yerli buğda sortları ilə müqayisəli sınağı məqsədilə (https://goo.gl/30uP2h)həmin şirkətə ayrılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG