Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:46

Paşazadələrin şərikinə 11 il cəza istənildi


Foto illüstrasiya.
Foto illüstrasiya.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvləriylə biznes ortağı olan Müğdət Həşimova 11 il həbs cəzası istənilib. Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Müğdət Həşimov 2015-ci ilin avqustunda Paşazadələrlə şərikli klinikadan (Medi Sina) 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanaraq həbs edilib. Ona CM-in 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələriylə ittiham verilib.

Prokuror deyib ki, ittihamlar məhkəmədə sübuta yetirilib.

Bu iş üzrə zərərçəkmiş qismində Paşazadələrin yaxın adamı sayılan və «Hacı Mazan» kimi tanınan Ramazan Zeynalovun adı keçir. Hərçənd, onun klinikaya heç bir aidiyyəti yoxdur.

Buna da bax-'Paşazadələrin mənə elədiklərini ermənilər eləməzdi...'

Prokurordan sonra Ramazan Zeynalovun nümayəndəsi çıxış edib. Məlum olub ki, Zeynalov Müğdət Həşimovun daha sərt cəzalandırılmasını istəyir. O, nümayəndəsi vasitəsilə məhkəmədən Həşimovun 15 il azadlıqdan məhrum edilməsini xahiş edir.

Məhkəmə fevralın 27-də Müğdət Həşimovun vəkili Elçin Sadıqovun müdafiə çıxışı ilə davam edəcək.

XATIRLATMA

Müğdət Həşimov Paşazadələrlə 2012-ci il dekabrın 6-da rəsmi qaydada «Birgə fəaliyyət haqqında» müqavilə imzalayıb. Müqavilə şərtlərinə görə, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olublar. Yenə razılaşmaya əsasən, təsisçilər «Bank VTB»dən 700 min manat götürüb Müğdət Həşimova veriblər. Həmin pulun banka qaytarılması 2018-ci ilədək Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməliydi. Kredit ödənişi başa çatandan sonra isə əldə olunan qazanc Paşazadələrlə bölünəcəkdi.

Müğdət Həşimov məhkəmədə ifadəsində günahsız olduğunu, Paşazadələrin sifarişi ilə həbs olunduğunu bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG