Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:39

Partlayışa görə bir neçə versiya araşdırılır


Səngəçalda partlayış. 27dek2016
Səngəçalda partlayış. 27dek2016

Dekabrın 27-də Qaradağ rayonunda Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş partlayış və yanğının səbəbləri araşdırılır.

Bu haqda SOCAR-ın yaydığı məlumatda bildirilir.

SOCAR qeyd edir ki, ilkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir.

Buna da bax:​ Yanğının söndürüldüyü bildirilir [video] [yenilənir]

“2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir”, şirkət bildirir.

Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcəyi bildirilir.

Buna da bax: Abşeronda qaz kəsilib

Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin baş vermədiyi bildirilir. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG