Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:04

Yeni büdcədə nə azalır, nə çoxalır?


Parlamentdə müzakirələr - 19 fevral 2016
Parlamentdə müzakirələr - 19 fevral 2016

-

«Builki büdcənin gəlirləri 15 milyard 738.6 milyon manat nəzərdə tutulur. Bu, təsdiqlənmiş büdcəyə nisbətən 981.5 milyon manat və ya 5.9 faiz azdır. Azalma, əsasən, bir barrel xam neftin qiymətinin təsdiq edilən proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondu gəlirlərinin 3 milyard 230.3 milyon manat azalması hesabınadır».

Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinə dəyişikliklər parlamentin komitə iclasında müzakirə edilərkən belə deyib.

AZƏRTAC bildirib ki, maliyyə naziri yeni büdcədə neftin baza qiymətini 25 dollardan götürüb. Bu üzdən dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmalar azalıb. Büdcə daxilolmalarının tərkibində neftdənkənar sektorun gəlirləri 7 milyard 597 milyon manat nəzərdə tutulub. Bu, ötən illə müqayisədə 659.2 milyon manat çoxdur.

Maliyyə naziri bunu da söyləyib ki, Vergilər Nazirliyinin xətti ilə 2016-cı ildə dövlət büdcəsinə ötən ilə nisbətən 108.3 milyon manat az - 7 milyard 10 milyon manat daxil olmalıdır. Büdcəyə Dövlət Gömrük Komitəsinin xətti ilə 1 milyard 810 milyon manat, başqa sahələrdən 75 milyon manat daxilolma proqnozlaşdırılır.

Parlament komitəsi büdcəyə dəyişiklikləri plenar iclasa tövsiyə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG