Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:01

Eldəniz Səlimov həbs olundu


E.Səlimov
E.Səlimov

Avqustun 3-də deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmədən Turana bildirilib ki, həbs-qətimkan tədbiri Baş Prokurorluğun təqdimatı əsasında seçilib.

E. Səlimov vəzifə səlahiyyətlərini aşma maddəsi ilə təqsirləndirilir.

Avqustun 3-də deputat toxunulmazlığından məhrum edilmiş Eldəniz Səlimov saxlanılıb və Binəqədi Rayon Məhkəməsinə aparılıb. Bu barədə "Turan"a prokurorluqdakı mənbə bildirib.

Eldəniz Səlimovun toxunulmazlığı ləğv edildi

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Parlament üzvləri bu haqda müzakirələrdən sonra səsvermə yolu ilə qərar qəbul ediblər.

İrəli sürülmüş ittiham üzrə Səlimovu əmlakı müsadirə edilməklə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Baş prokuror deputatla bağlı parlamentə çağırış etdi

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasında Baş prokuror Kamran Əliyev Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi ilə bağlı təqdimatla çıxış edib.

APA-nın məlumatına görə, Baş prokuror təqdimat üçün kifayət qədər əsas olduğunu və parlamentin İntizam komissiyasının avqustun 2-də keçirilən iclasında təqdimata müsbət rəy verdiyini bildirib.

"Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin altı polis əməkdaşı ilə birgə iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus "Starıy Dvor" restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib. Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib", – K.Əliyev deyib.

Baş prokuror toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlandığını söyləyib və deputatları təqdimata səs verməyə çağırıb.

Prokurorluq deputatın adı keçən davayla bağlı cinayət işi açdı
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Eldəniz Səlimov YAP-dan çıxarılıb

Deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Bu barədə "Turan"a YAP-dan məlumat verilib. Məlumata görə, bununla bağlı partiyanın Xaçmaz rayon təşkilatının İdarə Heyəti qərar verib. Qərarın onun partiyanın nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi ilə izah edildiyi deyilir.

Hələlik, bu məlumata E.Səlimovdan münasibət almaq mümkün olmayıb.

İntizam komissiyası polisi döydüyü deyilən deputat barədə rəy verdi

Bu gün, avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclasda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" Milli Məclisə təqdimatına baxılıb.

İntizam komissiyası Milli Məclisinin deputatı E.Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah, avqustun 3-də keçiriləcək iclasına tövsiyə olunub.

Eldəniz Səlimov açıqlama yayıb

"Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur".

APA-nın xəbərinə görə, bunları Milli Məclisin deputat Eldəniz Səlimov söyləyib.

Deputat yaydığı açıqlamada qeyd edir ki, sadəcə, hörmətli həmkarlarını, məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarının təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susub. O, habelə vurğulayıb ki, etdiyi hərəkətin yanlış olduğunun fərqində olması da susmağının səbəblərindən biridir: "Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş Yeni Azərbaycan Partiyasının təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək".

Baş Prokurorluğun məlumatına görə, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində "Starıy Dvor" restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb: "...Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb".

1976-cı ildə doğulan E.Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçkilərinə qatılıb. Onun 55 saylı Xaçmaz şəhər dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi deputat seçildiyi açıqlanıb. O, daha sonra da iki dəfə parlament seçkilərindən qalib kimi ayrılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG