Keçid linkləri

2025, 25 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:36
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

15:14 16.9.2015

ADP seçkidən imtina etdi

Azərbaycan Demokrat Partiyası 1 noyabr 2015-ci il parlament seçkilərində iştirakdan imtina edib.Bu barədə partiyanın sentyabrın 16-da keçirilən Ali Məclisinin rəyasət heyətinin iclasında qərar qəbul olunub.Məlumatı AzadlıqRadiosuna partiya sədri Sərdar Cəlaloğlu verib.

16:14 16.9.2015

Zərdüşt Əlizadə YAP siyahısını şərh edir

"Cəlal Əliyevin YAP siyahısında olmamasını siyasiləşdirmək lazım deyil. Yaşlı adamdır, onun özü heç istəmir ki, deputat olsun"- bunu YAP siyahısını şərh edən politoloq Zərdüşt Əlizadə AzadlıqLive-a deyir. Politoloqun fikrincə, YAP-ın siyahısının da elə bir əhəmiyyəti yoxdur, çünki parlament sözün əsil mənasında parlament deyil,YAP da partiya deyil.

Politoloq deyir ki, YAP-ın ideologiyası da yoxdur. Bəs nə var? Zərdüşt Əlizadə deyir ki, çox passiv, laqeyd cəmiyyət var.

Yeri gəlmişkən, ola bilərmi ki, Avropa dəyərlərindən uzaqlaşan Azərbaycan Rusiyaya yaxınlaşsın? Politoloq deyir ki, "yaxınlaşmağa heç nə qalmayıb, Rusiyanın özü uçuruma gedir."

Ya bəlkə İrana yaxınlaşacaq? Zərdüşt Əlizadə deyir ki, İrana yaxınlaşmaq üçün gərək iman olsun, inanc olsun. "Bizdə bu var?". Bəs onda Azərbaycan təkmi qalacaq? Politoloq deyir ki, "niyə tək? Çox ölkə bu gündədir".

Gözlə

No media source currently available

0:00 0:11:49 0:00
Direct-ə keçid

17:10 16.9.2015

Qalan 7 dairədə YAP kimi dəstəkləyir? - siyahı

Trend-in əldə etdiyi məlumata görə, qarşıdan gələn parlament seçkilərində hakim partiya namizədlərini irəli sürmədiyi 7 seçki dairəsində digər siyasi partiyalardan Xanhüseyn Kazımlının (Sosial Rifah Partiyasının sədri), Fəzail Ağamalının (Ana Vətən Partiyasının sədri), Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), bitərəflərdən isə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin və Zahid Orucun namizədliklərini dəstəkləyəcək.

Bununla bağlı hələlik YAP-dan rəsmi məlumat almaq mümkün olmayıb.

17:26 16.9.2015

"Mətbuat Şurasının müzakirə müstəvisi"?

Mətbuat Şurasının özü öz iclasından belə bir məlumat verib. Sitat: "...məsələ artıq məhkəmə müstəvisinə çıxarıldığından Mətbuat Şurasının müzakirə müstəvisinə daxil ola bilməz"

Davamı

XS
SM
MD
LG