Keçid linkləri

2025, 24 Dekabr, çərşənbə, Bakı vaxtı 16:18
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

13:12 15.9.2015

Büdcənin azalması nə deməkdir

Qubad İbadoğlu: Gələn il büdcəsinin hər 100 manatından 22 manatı tikintiyə, 14 manatı idarəetməyə, 80 qəpiyi elmə, 1 qəpiyi isə ekologiyaya xərclənəcək.

Büdcə kiçildi və başıaşağı gedərək 5 il bundan əvvəlki, 2011-ci il səviyyəsinə düşdü.

Bundan sonra büdcənin yükünü mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi çəkəcək. Ancaq növbəti ildə şirkətlərin mənfəət vergisinin bu illə müqayisədə 17.6 faiz az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmadığının göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi səviyyədə etirafı deməkdir. İqtisadçılar şərh edir

13:47 15.9.2015

Tarif Şurası sədrindən sərt xəbərdarlıq

İqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibə verib: "Şuranın qərarları ilə 1000-dən çox dərman vasitəsinin qiymətləri təsdiq edilib. Sentyabrın 15-dən etibarən həmin dərman vasitələri apteklərdə yeni qiymətlərlə satılır. ...46 faiz dərman vasitəsi 2 dəfədən çox, 24 faiz dərman vasitəsi 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. ...Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılmasıdır. Belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq, ciddi məsuliyyət tədbirləri görüləcək."

13:51 15.9.2015

Tıxaclar:"Papanın gül balaları" dərsə gedir

Sentyabrın 15-də səhər tezdən başlayaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM), Dövlət Yol Polisinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları bir sıra orta təhsil müəssisələrinin, xüsusilə yaxınlığında piyada keçidlərinin olduğu məktəblərin qarşısında birgə reydlər keçirib. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Trend-ə bildirib ki,
reyd zamanı bir sıra məktəblərin qarşısında sürücü və piydaların yol hərəkəti qaydalarının kütləvi şəkildə pozduqları müşahidə edilib: “Reyd zamanı “papanın gül balalarını” məktəbə gətirən avtomobillərin ərazidə qanunsuz park etmələri müşahidə etdik. Məsələn, 132 saylı məktəbin qarşısında metronun “İçərişəhər” stansiyasının qarşısında yol polisi əməkdaşlarının ərazidə dəfələrlə xəbərdarlığına baxmayaraq, yolun hər iki tərəfi qanunsuz olaraq saxlanmış avtomobillərlə dolu idi. Yol polisləri də bort-kompüterlər vasitəsilə ucdantutma, kimliyindən asılı olmayaraq, sahibli-sahibsiz onların hamısını cərimələdilər. Lakin təəssüf ki, cərimə olunmalarına baxmayaraq, yenə də sürücülər qanunsuz park etməkdə davam edirdi. Görünür, belə sürücülərə qarşı daha təsirli cəza tədbirləri görülməlidir”.

14:06 15.9.2015

Suriyada Rusiya tankları

Suriyanın Latakiya əyalətindəki hava limanında Rusiyanın T-90 tankları düzülüb.ABŞ rəsmiləri bildiriblər ki, Rusiya öz hərbi qüvvələrini məhz bu ərazidə cəmləşdirir.

Davamı

XS
SM
MD
LG