Oqtay Əsədov avropalı deputatları korrupsiyada suçladı
Milli Məclisin sentyabrın 14-dəki müzakirəsindən görüntülər
AzadlıqTV:Taliban hücum etdi, Əfqanıstanda həbsxanadan 352 talibançı qaçqı
"Dostluq etmək istəmirsinizsə, biz də etmirik"
"Avropa Parlamentin qərarı siyasi qərardır. Ona görə də buna siyasi də cavab verilir. Cavabın məğzi budur ki, dostluq etmək istmirsinizsə, biz də dostluq etmirik, ancaq hələ tapşırıq veririk ki, necə dostluq eləməməyimizi müəyyənləşdirək"
Milli Məclisin Avropa parlamentinin Azərbaycan qətnaməsinə cavabını millət vəkili, Böyük Quruluş Partiyasının lideri Fazil Mustafa AzadlıqLive-a belə şərh edir.
Bəs necə dostluq etməməyin yolu varmı? - Fazil Mustafanın fikrincə, Avropa Birliyi ölkələri ilə ikitərəfli əlaqələr, təcrübə göstərir ki, daha səmərəlidir.
Millət vəkili deyir ki, qətnaməyə cavab isə mütləq verilməli idi.
Müzakirə və qərar barədə isə o, deyir ki, Milli Məclisdə müzakirələrdə sərt fikirlər səsləndi, ancaq yekun qərar o səslənən fikirlərdən yumşaq oldu. Çünki Azərbaycan Avropa ilə əməkdaşlıqdan imtina etmir.