Polis miqrantlara qarşı qazdan və su şırnağından istifadə edib
Vergi borclarını zorla yığacaqlar
Vergilər Nazirliyində yeni idarə yaradıldı - Vergi Borclarının Məcburi Alınması İdarəsi.
AzərTACın məlumatına görə, yeni idarə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nəzdində fəaliyyət göstərəcək.Vidadi Məmmədov Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsinin rəisi, Zeynalabdin Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi təyin edilib.
Evində döyülən erməni fəal Azərbaycandan sığınacaq aldı
APA-nın məlumatına görə, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib və Azərbaycan ona sığınacaq verib.
Bu ilin 20 avqustunda - Ermənistanın news.am xəbər saytı bildirirdi ki, avqustun 15-də bir qrup şəxs onun evinə gələrək onu və hamilə həyat yoldaşını döyüblər. Martirosyan sayta deyirdi ki, onun xanımı doğulmamış uşağını itirdi. Martirosyan deyirdi ki, hücum edənlər hakim partiyaya yaxın olan adamlardır.
"Orda 90-dan artıq sürət mümkün deyil"
Sumqayıtdakı dəhşətli qəza ilə bağlı hüquqşünas, inzibati xətalar üzrə mütəxəssis Ərşad Hüseynov AzadlıqLive-a deyir ki, bu qəzanın bir neçə səbəbi var. 1-cisi sürücülər o yolda hər oyundan çıxırlar. 2-cisi yolun vəziyyətidir. Məsələn, yolun qırağına vurulan o metal qoruyucular özləri təhlükə mənbəyidir. Bundan başqa, o yolda saatda 90 km-dən artıq sürət mümkün deyil. Ora qoyulan işarə isə saatda 110 km sürətinədək icazə verir.
Ə. Hüseynovun fikrincə, o biri yollar heç də Bakı-Sumqayıt yolundan təhlükəsiz deyil. Bir çoxunda eyni problemlər var.