Keçid linkləri

2025, 25 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:44
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Nikaha girən 3300 gəncdə xəstəliklər aşkarlanıb

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

19:40 15.9.2015

"Həbslər Azərbaycanla əməkdaşlığımıza əsas əngəldir"

ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Baer sentyabrın 14-də AzadAvropa və AzadlıqRadiosuna müsahibə verib.

18:35 15.9.2015

YAP siyahısında kimlər qaldı, kimlər getdi?

YAP-dan millət vəkilliyinə namizədlərin tam siyahısı burada

18:05 15.9.2015

Tikinti, dövlət sektoru ixtisarlardan yayına bilməyəcək

Gələn ilin büdcəsi bu ilin büdcəsindən 25 faiz az olacaq. Hansı sahələrdə iş yerləri ixtisar oluna bilər? İqtisadçı Samir Əliyevin fikrincə, bu sahələr ilk növbədə tikintidir, daha sonra dövlət sektorudur. Bu sahələrdə ixtisarlar gözlənilir.

İqtisadçının fikrincə, ümumiyyətlə, gələn ilin büdcəsi bu ilin büdcəsi ilə müqayisədə az olsa da, bu ilin büdcəsindən daha realdır.

Bundan başqa, asan neft pulları dövrü arxada qaldı, bu dövrdə hamıya bir az az, bir az çox neft pulu düşsə də, bu dövr Azərbaycanı iqtisadi islahatlar baxımından geri salıb. İndi asan pullar olmayanda, liberal islahatlara yol açılır. Bu baxımdan neft pullarının azalmağının da müsbət tərəfləri var.

Gözlə

No media source currently available

0:00 0:20:50 0:00
Direct-ə keçid


17:15 15.9.2015

Böyrəyini satıb, iPhone 6 almaq istəyib

China Daily yazır ki, Çində bir nəfər böyrəyini satıb, iPhone 6S almaq istəyib. Ancaq xoşbəxtlikdən internetlə tapdığı insan orqanları alverçisi görüşə gəlməyib, sonra isə o, fikrindən daşınıb.

Davamı

XS
SM
MD
LG