Milli Məclis Avropa Parlamentinə cavab verdi
Avropa Parlamentinin Azərbaycan qətnaməsinə cavab olaraq Milli Məclis də öz qərarını verib. Qərarda deyilir:
- Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;
- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun.
Gələn ilin büdcəsi bu ilkindən 5 milyard azdır
2016-cı ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2%-i həcmində - 14 mlrd. 566 mln. manat proqnozlaşdırılır. Bu, 2015-ci ilin büdcəsindən 5 milyard manat azdır. Gələn ilə dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 28,2% - 16,264 mln. manat həcmində proqnozlaşdırılır.
Gələn ilin büdcə layihəsində 1 barrel neft 50 dollardan götürülür
Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrdə neftin bir barreli 50 dollardan götürülür. Bunu APA Economicsə Maliyyə nazirliyindən bildiriblər. Manatın məzənnəsi isə 1 dollara 1,05 manat götürülür.
Tenge 8,5 faiz düşdü
Qazaxıstanda milli valyuta olan tenge cümə günündən bəri dollara nisbətdə 8,5 faiz düşüb.
"Novosti Kazakhstan" agentliyi bildirir ki, cümə günü Qazaxıstan Fond Birjası (KASE) bağlanada 1 dollar 252 tenge idi, bazar ertəsi birja açılanda 1 dollar 273 tenge olub.