Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

NASA Günəşə uçur


Parker modulu
Parker modulu

ABŞ-ın NASA kosmik tədqiqatlar agentliyi avqustun 11-də özünün ən cəsarətli missiyasına başlayır.

Mətbuat “Günəşə toxunmaq” missiyası adlandırdığı bu kosmik səyahətin yekununda Parker Günəş Modulunun (Parker Solar Probe) bu səma cisminə ən çox yaxınlaşmış kosmik gəmi olacağını yazır.

Parker modulunu daşıyacaq raket avqustun 11-də Bakı vaxtı ilə səhər saat 11:33-də start götürəcək, hərçənd texniki səbəblərə görə start avqustun 23-dək olan müddətdə başqa günə də keçirilə bilər.

Dəyəri 1, 5 milyard dollar olan bu missiya NASA-nın “Ulduzla Yaşamaq” (Living With a Star ) layihəsinin ən böyük kosmik səyahətidir.

NASA ümid edir ki, bu modulun Yerə göndərcəyi məlumatlar alimlərə günəş qasırğalarını (küləklərini) proqnozlaşdırmaq və bu işıq və istilik mənbəyinin dərinliyindəki bir sıra müəmmaları çözmək imkanı verəcək.

NASA-nın verdiyi məlumata görə Parker modulu Günəş səthindən 6 milyon 500 min kilometr məsafədəki orbitdə hərəkət edəcək.

Bu orbitdə modul indiyədək heç bir kosmik gəminin üzləşmədiyi hərarət və radiasiyaya məruz qalacaq.

Amerika günəş astrofiziki Eugene Newman Parker-in adını daşıyan modul Günəşlə məsafəsini tədricən yaxlınlaşdırmaq üçün 7 il ərzində 7 dəfə Venera planetinin yanından ötəcək, başqa sözlərlə onun cazibəsindən istifadə edəcək.

NASA-nın bu missiyadan məqsədi yüksək maqnitliyə malik Günəş tacının içərisindəki prosesləri öyrənməkdir.

Telegraph qəzeti yazır ki, “4 milyon mil (6, 5 milyon kilometr) Yerin cırtdan standartları ilə böyük məsafə də sayıla bilər, amma Günəşə bu məsafədə yaxınlıq kosmik gəmi üçün böyük risk təşkil edir”.

Məsələn Günəşin 45 və 69 milyon kilometr məsafəsində dövrə vuran Merkurinin səthi və atmosferi radiasiya və zərrəciklərin təsiri altında tamamilə dəyişib.

Kosmik modulun örtüyü elə dizayn edilib ki, onun içindəki cihazlar 29 dərəcə istilikdə normal işləyə bilsin. Halbuki bu vaxt modul örtüyünün səthi 1370 dərəcə istiliyə davam gətirməli olacaq.

Bundan əvvəl Günəşə ən çox yaxınlaşmış Helios 2 modulu 1976-cı ildə onun 43, 5 milyon kilometrliyinə çata bilib.

Məsafələr əyani olsun deyə, bildirilir ki, Günəşlə Yer arasındakı məsafə 149 milyon kilometrdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG