Şənbə günü axşam Parisin mərkəzində 1 nəfəri bıcaqla qətlə yetirən hücumçu 1997-ci ildə Çeçenistanda doğulub.
Bu barədə Reuters agentliyi bazar günü hüquq-mühavizə orqanlarına istinadla xəbər verir.
Onun Hamzat Azimov olduğu və 2010-cu ildə Fransa vətəndaşlığı aldığı bildirilir.
Məlumata görə o,hücum edərkən “Allahu Əkbər” qışqırırmış.
Hücum zamanı həmçinin 4 nəfər yaralanıb.
Hadisə yerinə gələn polis hücum edəni güllələyib.
Mənbənin məlumatına görə, hücum edənin ata və anası polisdə dindiriliblər.
Hücum, Parisin ən gur yerlərindən olan Opera teatrının ətrafında törədilib.
Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya götürülüb.
Hücuma görə cavabdehliyi "İslam dövləti" qrupu üzərinə götürüb.
Son bir neçə il ərzində Parisdə bir neçə dəfə terror aktı törədilib.
Təkcə 2015-ci ilin noyabrında törədilmiş hücumlarda 130 nəfər ölüb.