Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:28

Luvrda hücum edənin misirli olduğu xəbər verilir


Fransa polisi Luvr muzeyinin yaxınlığında
Fransa polisi Luvr muzeyinin yaxınlığında

Fransa polisi bildirib ki, Luvr qalereyasının yaxınlığında maçete ilə əsgərlərə hücum çəkən şəxsin kimliyi müəyyənləşdirilib.

Onun 29 yaşlı misirli Abdullah Reda al-Hamamy olduğu bildirilir.

Şübhəli Carrousel du Louvre ticarət mərkəzini mühafizə edən əsgərlərdən birinə maçete ilə hücum etdikdən sonra polis tərəfindən güllələnərək yaralanıb.

Dörd nəfərdən ibarət polis patrulu ona əlindəki çantalarla ticarət mərkəzinə daxil ola bilməyəcəyini demişdi.

Paris polisinin rəisi Michel Cadot deyib ki, bu şəxs “Allahu-əkbər” çığıraraq əsgərə hücum edərkən polis tərəfindən güllə ilə vurulub. Sözü gedən əsgər başından yaralanıb.

Cadot deyib ki, hücum terror aktı kimi qiymətləndirilib, lakin hələlik hücum edənin tək olub-olmadığı və ya kimdənsə təlimat alıb-almadığı araşdırılır.

Al-Hamamy-nin özünə gəlincə isə,onun vəziyyəti ağır olaraq qalır.

Cümə günü axşam Parisdə keçirilən mətbuat konfransında paytaxt prokuroru Francois Molins deyib ki, Misir vətəndaşı olan şübhəli Fransaya turist vizası ilə yanvarın 26-da Dubaydan gəlib.

Hadisənin ardınca ABŞ prezidenti Donald Trump yazdığı növbəti tvitdə özünün miqrant siyasətinə haqq qazandırıb.

“Parisdəki Luvr Muzeyinə radikal islamçı terrorist hücum edib…Fransa yenə də təhlükədədir. AĞILLI OL, ABŞ” – yazıb prezident.

Fransa mediası xəbər verir ki, ötən ay Luvra gələn turistlərin sayı 2 milyon nəfər azalıb. Bunun nəticəsində dəyən maliyyə ziyanı 10 milyon avro civarında təxmin edilir.

Bura Fransanın özündən və ABŞ-dan gələn turistlərin sayında 2016-cı illə müqayisədə fərq olmayıbsa da, ümumilikdə turistlərin sayı Yaponiyadan61, Rusiyadan 53, Brazilayadan 47, Çindən 31 faiz azalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG