Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

Terrorun qaçqınlarla bağlılığı varmı?


Avropaya axışan qaçqınlardan
Avropaya axışan qaçqınlardan

►"Avropa Birliyi Schengen sərhədlərini bağlamalıdır."

Parisdəki miqrantlar deyirlər ki, terror hadisələri olan gün hər şeydən xəbərsiz yatıblar. Şəhərdə nə baş verdiyini ancaq səhər açılanda öyrəniblər.

Onlardan biri deyir ki, artıq Fransada özünü təhlükəsiz hiss etmir. Digəri isə gileylənir ki, bəs, terror hücumlarına görə müsəlmanları və qaçqınları günahar bilənlər var.

Başqa biri isə “biz onsuz da bu cür partlayışlardan qaçıb bura gəlmişdik. Düzdür, bizimlə pis rəftar eləmirlər. Ancaq dillərini bilmirik deyə haqqımızda nə dediklərini də başa düşmürük” deyir.

Buna da bax: Parisi partladanın müəllimi danışdı: "Bilal qəfil dəyişdi"

Bağlılıq varmı?

Parisdəki terror hadisələrindən sonra verilən ilk suallardan biri bu oldu: Avropa ölkələrinin qapılarını miqrantların üzünə açmasının bu hücumlarla bağlılığı ola bilərmi?

Bu sualı aktuallaşdıran əsas səbəblərdən biri terrorçulardan birinin üstündən Suriya pasportu çıxması iddiasının ortaya atılması oldu. İddiaya görə, həmin pasportun sahibi oktyabrın 3-də Yunanıstana daxil olub. Sonra Serbiyaya, ordan da Fransaya gəlib çıxıbmış. Daha sonra həmin pasportun saxta ola biləcəyi, həqiqi olsa da, terrorçuya aid ola bilməməsi haqda da fikirlər dolaşmağa başladı. “Bəlkə də oğurlanıb, ya da hadisə yerində ölən başqa birinə aiddir” ehtimalları da ortaya atıldı.

Ancaq o sual verilməyə bilməzdi. Parisdəki terror hadisələrindən sonra Polşa Avropa Birliyinin qaçqınların üzv ölkələr arasında paylaşdırılması planının səhv olduğunu bildirib.

Buna da bax: Erməni əsgəri qarşı tərəfə verildi

Çexiya baş nazirinin müavini Andrej Babis isə deyib ki, Avropa Birliyi Schengen sərhədlərini bağlamalıdır.

Jean-Claude Juncker
Jean-Claude Juncker

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker isə Antalyada keçirilmiş G20 sammitində deyib ki, miqrantlar bu partlayışları törədənlərdən qaçıblar. Ona görə də Avropa Birliyinin miqrantlar siyasətinə yenidən baxmasına ehtiyac yoxdur.

Fransa qarşıdakı iki il ərzində 24 min miqrant qəbul edəcəyini bildirmişdi.

Beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch-un (HRW) Avropa üzrə direktor müavini Benjamin Ward deyib ki, indiki həssas vaxtda Fransa hakimiyyəti diqqətli olmalıdır:

“Fransa ölkədə yaşayan hər kəsin, qaçqınlar da daxil hamının təhlükəsizliyini təmin etməlidir”.

Benjamin Ward bildirib ki, Avropanın ətrafına məftildən hasar çəkilsə belə, gəlmək istəyənlər yol tapıb gələcək:

“Belə vəziyyətdə adamlar daha riskli yollar seçəcək. İnsan alverçilərinə daha çox etibar edəcəklər. Əgər Avropanı hasarlamaq mümkün olsa belə, bunu etmək düzdürmü? Fikrimcə, Parisdə terror törədənlərin məqsədlərindn biri də budur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG