Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 20:55

Roma papası deyir ki, Adəm və Həvva cənnətdən saxta xəbərə görə qovulublar


Roma papası Francis və Vatikanın sözçüsü Greg Burke jurnalistlərlə söhbət zamanı

Roma papası Francis yanvarın 24-də etdiyi çıxışda deyib ki, Adəm və Həvvanın ilk günahı etmələrinə saxta xəbər səbəb olub.

Dünya Kommunikasiya Günündə danışan Francis vurğulayıb ki, dezinformasiya və “sosial şəbəkələrdən manipulyativ istifadə qorxulu nəticələrə gətirib çıxara bilər” və dünya “güclü və ehtiyatlı qavrama prosesinə” əsaslanmalıdır.

Onun çıxışı İncildəki bir mövzu ətrafında idi: “Həqiqət səni azad edər”. Roma papası habelə deyib ki, jurnalizm “təkcə peşə yox, həm də missiyadır”.

Francis bildirib ki, saxta xəbərlər “dözümsüz və ya ifrat həssas münasibətin təzahürüdür və yalnız lovğalıq və nifrətin yayılmasına xidmət edir”.

Roma papası bunu da əlavə edib ki, ziyansız dezinfortmasiya olmur: "Həqiqətin hətta ilk baxışdan kiçicik görünən təhrifi də qorxulu nəticələrə səbəb ola bilər”.

Francis saxta xəbərləri İncildə təsvir olunmuş məşhur əhvalatla əlaqələndirib. Papa deyib ki, saxta xəbərdən ilk dəfə Cənnət bağındakı ilan istifadə edib.

Yaranış kitabından illüstrasiya
Yaranış kitabından illüstrasiya

Roma papası deyib: “Biz istənilən vaxt və istənilən yerdə zərbə endirmək üçün maskalanmış insanların “ilanvari taktikasını” ifşa etməliyik. Yaranış kitabında təsvir edilən “hiyləgər ilanın” bəşəriyyətin başlanğıcında toqquşdurduğu ilk saxta xəbər insan günahının faciəli tarixinə başlanğıc qoyub”.

Francis xatırladıb ki, “ilan Həvvaya “yalnız qismən doğru” olan belə bir sual verib: “Doğrudanmı Allah sizə deyib ki, bu bağdakı ağacların heç birinin meyvəsindən yeməyəsiniz”. Həqiqətdə Allah onlara yalnız bir konkret ağacın meyvəsini qadağan etmişdi. Yalançının sözlərinə qulaq asan və onun versiyasındakı faktlara aldanan qadın çaşdırılıb”.

Vatikanın sözçüsü Greg Burke yanvarın 24-də Reuters-i papanın hazırladığı “Həqiqət səni azad edər – saxta xəbər və sülh naminə jurnalistika” adlı sənədlə tanış edib.

Sözçü deyib: “Papa saxta xəbərlər barədə təkcə ona görə danışmayıb ki, saxta xəbərlər nə isə yeni bir şeydir. Sadəcə olaraq saxta xəbərlər əvvəllər olduğundan indi daha sürətlə yayılaraq cəmiyyət üçün təhlükə yaradır. Papa demək istəmir ki, bütün jurnalistlər ilandır, lakin o inanır ki, belələri də ola bilir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG